Xəbər lenti
Şvartseneqqer Rusiyada universitetin fəxri professoru oldu

Amerikalı aktyor, sahibkar və siyasətçi Arnold Şvartseneqqer Rusiyanın “Sinerqiya” universitetinin fəxri professoru adına layiq görülüb.
Bu barədə “Moskva 24” saytı aili təhsil müəssisəsinin mətbuat xidmətinə istinadən xəbər verib.
“Şvartseneqqer bir çox insanlar üçün müəllimdir – kiminçünsə aktyor peşəsində, kiminçünsə dövlət qulluqçusu peşəsində, kiminçünsə sağlam həyat obrazı sürməkdə”, - rektor Artyom Vasilyev deyib.
Qeyd edək ki, A. Şvartseneqqer Viskonsin Universitetinin məzunudur. O, biznes və beynəlxalq iqtisadiyyat sahəsində mütəxəssisdir. 2003-2011-ci illərdə Kaliforniyanın qubernatoru olub. 2012-ci ildə Cənubi Kaliforniya Universtitetinin nəzdində Şvartseneqqerin dövlət və qlobal siyasət İnstitutunu yaradıb./qafqazinfo/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar