Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bill Qeytsin Afrikada qorxunc oyunu - hər şey göründüyü kimi deyilmiş

Tarix: 13-08-2016 10:02     Baxış: 3483 A- / A+

 Bill Qeytsin Afrikada qorxunc oyunu


Əksəriyyətimiz Bill Qeytsi xeyriyyəçi, öz milyonlarını Afrika və Asiyada ehtiyacı olan şəxslərə xərcləyən biri kimi tanıyır. Amma Türkiyə və digər ölkələrin xeyriyyə qurumları tərəfindən qəpik-qəpik yığılan yardımlarla qazılan su quyuları, ərzaq yardımları bu qədər şişirdilməsə də, Afrikada daha çox faydaya malikdir. Bəs görəsən hər şey təqdim edildiyi kimidirmi?

Axar.az xəbər verir ki, bu sahədə araşdırma aparan və məqaləsini iki il öncə yayımlayan türkiyəli professor Sait Yılmaz yazır:

“...Bill Qeyts təqaüdə çıxıb, həyat yoldaşı Melinda ilə birlikdə “Bill and Melinda Qeyts Fondu” yaradaraq xeyriyyəçiliyə başladı. Bill Qeytsə görə, dünyanın əhalisi bu gün 6.8 milyarddır və 2030-cu ildə 9 milyarda çatacaq. O, yeni peyvəndlər istehsal edib, reproduktiv səhiyyə xidmətləri ilə birlikdə əhalininin 10-15% azaldılacağı fikrini müdafiə edir.

Bill Qeyts filantropik bir plan daxilində geni dəyişdirilmiş ərzaqlar istehsal edilərək dünyada aclığın sona çatması üçün səy göstərir. Monsanto və digər biotexnologiya şirkətləri Qeyts vəqfi ilə Afrikada geni dəyişdirilmiş məhsulları inkişaf etdirməyə çalışır. “Bill and Melinda Qeyts” vəqfi Səhraaltı Afrikada GMO (genetik modifikasiya olunmuş orqanizm. – red.) məhsullarının inkişaf etdirilməsi üçün 10 milyon dollar bağışlayıb. Bu pulun bağışlandığı Konnektikudakı “Con İnnes Sentr” şirkəti qarğıdalı, buğda və düyü toxumları yetişdirəcək. Bunlardan biri də “qızıl düyü”dür - A vitamini əskikliyini önləmək üçün beta-karoten miqdarı təmin ediləcək, yəni düyü yeməklə A vitamini bərpa ediləcək. Ancaq beta-karotenin az yağlı yeməklər istehlak edən üçüncü dünya insanlarının istifadə edəcəyi təqdirdə, ciddi nitq qüsurlarına yol açma riski var…

Bill Qeyts lobbiçilik şirkətlərinə milyonlarla dollar vəsait xərcləyərək GMO məhsullarına dəstək almağa çalışır. Rokfeller Fondu bu məqsədlə Filippin, Meksika və Nigeriyada qurduğu araşdırma mərkəzlərini CGIAR adı altında birləşdirib...

Bu məhsullar Avropada Almaniya, İrlandiya və Macarıstan və ABŞ-ın 14 əyalətində qadağan edilib. Rus bioloq Aleksey V.Surovun Rusiya Elmlər Akademiyası Ekologiya və Təkamül İnstitutunda apardığı araşdırmaları zamanı GMO istifadə edənlərin çoxunda uşaq ölümlərinin olduğu aşkar edilib.

23 yanvar 2013-cü ildə ABŞ mətbuatı Qeytsin müsahibəsini dərc edərək bu ifadələrə yer verib:

“Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin adını daşıyan “Bill & Melinda Qeyts” vəqfi son on ildir planetdəki hər bir uşağın peyvənd edilməsinə çalışır. Məqsəd “pis səhiyyə xidmətləri və təmiz su çatışmazlığı səbəbindən miningit və qızdırma kimi xəstəliklərin yayıldığı Afrikanı qorumaq”dır. Vəqf cəmiyyətin bu təməl ehtiyaclarını qarşılamaq yerinə, yerli əhaliyə peyvənd vurur. Bu da nəticə etibarı ilə Afrikanın gənc əhalisinin iflic olmasına gətirib çıxarıb”.

Araşdırmaçı jurnalist Kristina Enqland müsahibəsində bu məsələyə toxunaraq 50-yə yaxın afrikalı gəncin ölümünə şahid olduğunu deyib:

“Məsələn, Şimali Çaddakı kiçik Qouro kəndində azı 50 gənc Afrika üçün inkişaf etdirilmiş yeni miningit peyvəndi olan “MenAFriVac” vurulduqdan sonra iflic olub. Ancaq bu qalmaqal gündəmin qaranlığına qurban getdi. Miningit üçün önləyici müalicə olaraq tanıdılan “MenAfriVAc” deyilənə görə, kiçik uşaqların hər birinin hallüsinasiya görməsinə, sarsıntı yaşamasına və sonunda da iflic keçirməsinə səbəb olur”.

“Mənim pula ehtiyacım yoxdur, mən Tanrının işini görürəm”, - deyən Qeyts indi də Afrikanı yoxsulluqdan “qurtarmaq” üçün hər ailəyə beş toyuq bağışlayır və iddia edir ki, bu toyuqlar vasitəsi ilə ildə 1000 dollar qazanmaq mümkün olacaq…

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar