Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Sən prezidentsən, yoxsa türmədə “obşaka” baxan?” - Hüquq müdafiəçisi

Tarix: 10-11-2016 23:18     Baxış: 4478 A- / A+
“Sən prezidentsən, yoxsa türmədə “obşaka” baxan?”

Xəbər verildiyi kimi Ermənistanın Müdafiə Nazirliyi ölən və ya əlil olan hərbçilərin sosial müdafiəsi haqda Yeni Proqramı yaxın vaxtlarda hökumətə və parlamentə təqdim edəcək. Proqram 2017-ci il yanvarın 28-dən sonra ölən və ya əlil olan hərbçinin ailəsinə 20 il ərzində sosial müavinətin verilməsini nəzərdə tutur.

Habelə döyüş əməliyyatları zamanı ölən hərbçinin ailəsinə indiki məzənnə ilə 21 min dollar, yaralanıb 1-ci qrup əlil olanlara bunun yarısı qədər kompensasiya nəzərdə tutulur. Bunun üçün xüsusi fond yaradılacaq. İşləyən hər bir Ermənistan vətəndaşının maaşından hər ay bu fonda 1000 dram (təxminən 2 ABŞ dolları) köçürürüləcək. Fond yanız bu vəsaitdən və bir də vətəndaşların könüllü ianəsindən formalaşacaq.

“Azadlıq” radiosunun erməni xidməti yazır ki, Fondun bu şəkildə yaradılması cəmiyyətdə mübahisə doğurub.

“Deməli, sizin günahınızdqan və ya sizin cinayətkarların günahından sərhəddə yüzlərlə ölən və yaralanan var idi və siz gələcək riskləri tənzimləmək üçün reketin hansısa alətlərini tətbiq etmək qərarına gəldiniz? Bu, avtoritar rejimə xas davranışdır.” - Bunu insan haqları müdafiəçisi Levon Barseqyan deyir. Onun fikrincə, bu proqram dövlət səviyyəsində soyğunçuluqdur.

İnsan haqları fəalı deyir ki, vətəndaşın cibnə girməyə ehtiyac yoxdur. “Dövlət büdcəsində bu ehtiycaları ödəməyə kifayət qədər resurs var. Bunun üçün korrupsiyanı ləğv etmək, hakimiyyəti dəyişmək, monopliyanı ləğv etmək lazımdır. Hər şey çox sadədir.”


Barseqyan ad çəkmədən deyir: “Ancaq o, bunlara hazır deyil, o, zona, türmə qaydaları ilə hərəkət etmək qərarına gəlir. Pul lazımdır, “obşak” yığmaq lazımdır, deyir: hərə hər ay 1000 dram gətirsin, sonra 4 min... sonra.... ölkəni beləmi idarə edirlər. Sən nəyi idarə edirsən? Ölkəni yoxsa türməni, kolonu?”

Noyabrın 9-da Ermənistan prezidenti Serj Sarkisyan deyirdi ki, apreldəki 4 günlük müharibə cəmiyyəti birləşdirdi və cəmiyyət öz vəsaitlərini orduya verdi və indi yeni proqram bu yolla konkret fonda ianə göndərməyə imkan verir.

Barseqyan bununla bağlı bildirir ki, ianə vermək insanların könüllü işidir, bunu heç kim, o cümlədən prezident insanlara sırıya bilməz.

“Ordu reallıqda” adlı təşəbbüs qrupunun üzvü Zarui Hovannisyan da deyir ki, hakimiyyətə cəmiyyətin etimadı yoxdur, ona görə, hətta ölkənin təhlükəsizliyi naminə də hər ay hər vətəndaşın 1000 dram verməsinə imkan yoxdur: “Biz orduda hansı sosial təbəqənin xudmıət etdiyini, sərhəddə kimlərin öldüyünü görürük. İndi həmin xalqın, həmin vətəndaşların boynuna bu yükü də asırlar. Müdafiə sistemində bu vəziyyətə gətirən korrupsiyanı isə araşdırmırlar”. (virtualaz.org)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar