Xəbər lenti
İt 380 kilometri qət edib, sahibinə qovuşdu

Böyük Britaniyada Pero ləqəbli it 380 kilometrlik yolu qət edərək, öz sahibinə qovuşub.
Manevr.az lent.az-a istinadən bildirir ki, heyvan Penrin-kok şəhərindən Kokermuta doğru məsafəni qaçaraq gəlib. Heyvanın sahibi Alan Ceyms Peronu digər şəhərdəki evində qoyub.
Amma it orda öz sahibini gözləmək istəməyib və aradan 12 gün sonra evinə qayıdıb. 54 yaşlı Ceyms izah edib ki, bu cinsdəki itlər bir sutka fasiləsiz olaraq məsafə qət edə bilərlər. Amma itin öz doğma evini necə tapması sual olaraq qalır.
Fermerin həyat yoldaşı Şen isə deyir ki, it bu qədər məsafəni fasiləsiz və yardım almadan gələ bilməzdi. Onun fikrincə, yolda heyvansevərlərdən kimsə onun rastına çıxıb, onu yedizdirib və yola davam etməsinə yardım edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar