Xəbər lenti
Polşa Ukrayna ilə sərhədə qoşun yeritdi
Polşa ordunun mühəndis bölmələrini infrastrukturun möhkəmləndirilməsi məqsədilə Ukrayna ilə sərhədə göndərib.
Bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, 18-ci mühəndis alayının hərbi qulluqçuları Polşa-Ukrayna sərhədi yaxınlığındakı buraxılış məntəqələrinin və infrastruktur obyektlərinin gücləndirilməsi işlərinə başlayıblar. Polşanın müdafiə idarəsinin rəhbəri qeyd edib ki, hərbçilər həmçinin sərhəd keçidlərində mühafizəni gücləndirəcəklər.
Bundan əvvəl Kosinyak-Kamış bildirmişdi ki, Polşa Ukrayna ilə sərhəddəki buraxılış məntəqələrində təhlükəsizliyi gücləndirir, o cümlədən müşahidə və keşikçi məntəqələri tikir. O, bu cür addımların səbəbi kimi Rusiyadan gələn təhlükəni göstərib.
Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı bildirib ki, əsgərlər “Şərq qalxanı” proqramı çərçivəsində, o cümlədən xüsusi hərbi sədlərdən — “Hesco bastions” sədlərindən istifadə etməklə istehkamların inşası istiqamətində fəaliyyət göstərirlər. Hərbçilər həmçinin sərhədçilərə mühəndis dəstəyi göstərir, xüsusən də Dorohusk, Medıka və Korçova keçid məntəqələri yaxınlığında müşahidə və keşikçi məntəqələri tikirlər. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






















.jpg)





