Yarım qalan arzular və Cahangir...
Türkiyədə, Türk Dünyası Şairlər Birliyinin tədbirində tanış olmuşduq…
Bəzən insan kimisə illərlə tanımaz, amma elə insanlar var ki, qısa bir zamanda qəlbinə yol tapır… Cahangir də məhz o insanlardan idi.
Onu doğmam kimi sevdim…
Ürəyindən süzülən o saf sözlər, o səmimiyyət, o mehribanlıq — inan ki, bir ömür yaddaşımdan silinməyəcək.
Heç ağlıma gəlməzdi ki, bu qədər tez… bu qədər qəfil…
sən bu dünyadan köçüb gedərsən…
Cahangir, sənin insanlara olan sevgin, həyata bağlılığın o qədər böyük idi ki…
Sən Azərbaycana gəlmək istəyirdin…
Mən isə demişdim: “Nə vaxt istəsən, gəl… yetər ki, yaz…”
Amma gəlmədin… gələ bilmədin…
Sənin bu gedişin təkcə mənim yox, bütün Türk dünyası şairləri üçün ağır bir itki oldu.
Sanki ruhumda dərin bir boşluq yarandı…
Axı niyə, Cahangir?..
Niyə belə oldu?..
Bu qədər səni sevən insanları qoyub getmək…
bu qədər sevgi varkən…
Bilmirəm nə yaşadın, nə çəkdin…
Amma bir bildiyim var — sənin qəlbin mələk qəlbi idi…
Allah səni bağışlasın…
Allah sənə rəhmət eləsin…
Bu sözləri göz yaşlarımla yazdım…
Çox üzgünəm… çox…
Allah rəhmət eləsin…
Xuraman Muradova



































