Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

h

Tarix: 21-08-2025 21:52     Baxış: 8 A- / A+
1.(Sevinc də baxıb) +


Bu ilin payızında Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının yubileyidir. Dəyərli şairimizi, şəxsiyyətinə dərin hörmət və ehtiram bəslədiyim Namiq Dəlidağlını, 40-illik yaradıcılıq və 55 yaşı münasibətilə ən səmimi, xoş arzularımla təbrik edirəm.
Namiq Dəlidağlı Kəlbəcər rayonunun, Çovdar kəndində hörmətli, ziyalımız Talış müəllimin ailəsində dünyaya gəlib. Deyimlərə görə, şairlər dünyaya yüksək dəyərlərlə gəlir. Namiq Dəlidağlı da belə şairlərimizdəndir.    
Dəlidağın qoynunda sirlərlə dolu təbiətin yaratdığı mühit və məkanla bağlılığı gənc yaşlarından Namiq Dəlidağlının şəxsiyyət və yaradıcılığının formalaşmasına təkan olmuşdur.                         
Hörmətli Xalq şairimiz Nəriman Həsənzadənin belə bir deyimi vardır ki, “Şair haradan keçirsə, ora sərhəddi. O sərhəddə şairlər daha tez görünür, daha tez yaralanırlar, amma ölmürlər. Şairlər yaralı olurlar, yarasız olanda ölürlər”.                                                                            Namiq Dəlidağlı da öz yaradıcılığında Bütöv Azərbaycanı  və onun sərhədlərini əbədi ruhunda yaşadır. Bu danılmaz həqiqəti və şair ürəyinin yaralı olmasını müəllifin qələmə aldığı aşağıdakı misralarda aydın görmək olur:

Gözümdə,könlümdə qışlayan ağrı,
həsrətdən sinəmə min “naxış” vurdu:
Dərbənddən, Təbrizdən...başlayan ağrı,
göynəyən ruhumda bir yuva qurdu.
 
Səni qınamıram, səni ürəyim, 
dəmir deyilsən ki, daş deyilsən ki?!..
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!..
 
Ağrı yetişdikcə göynəyir sinə,
kədər şirin-şirin yeyir ürəyi.
Hərdən də təsəlli verirlər mənə:
-xəstə olmalıdı şair ürəyi.

25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu şanlı ordumuz tərəfindən erməni işğalçılarından azad edildikdən sonra Namiq Dəlidağlı doğulub boya-başa çatdığı Çovdar kəndini, doğma ocağını ziyarət edir. Yağı düşmənin yurd yerlərini vəhşicəsinə taladığının, daş üstündə daş qalmadığının şahidi olduqdan sonra doğma ocağında bircə gecə qalmaq imkanı olmayan şair ağrısını belə dilə gətirir:
          
Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim,
evimdə yata bilmədim...
 
Neçə ildi həsrət çəkən,
dam - daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.......
      
Yaşadığı dövrün keçmə-keşli olmağına baxmayaraq, Namiq Dəlidağlının fəaliyyəti uğurlarla davamlı olub və arzu edirəm ki, bundan sonra da sədası daim yüksəkliklərdən gəlsin.
 
Əzimov Hüseyn                        
hüquqşunas


***********************************************************************************************************************
(2)

Bu ilin sentyabr ayında Azərbaycan Yazıçılar  və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının yubleyidir. Dəyərli şairimiz, şəxsiyyətinizə dərin hörmətlə və ehtiram bəslədiyim Namiq Dəlidağlı, Sizi 40-illik yaradıcılığınız və 55 yaşınız münasibətilə ən səmimi və xoş arzularımla təbrik edirəm.
  Namiq Dəlidağlı Kəlbəcər rayonun, Çovdar kəndində hörmətli, ziyalımız Talış müəllimin ailəsində dünyaya gəlmişdir. Deyimlərə görə, şairlər dünyaya yüksək dəyərlərlə gəlir. Namiq Dəlidağlıda belə şairlərimizdəndir.    
  Namiq Dəlidağlının Dəlidağın qoynunda sirlərlə dolu təbiətin yaratdığı mühit və məkanla bağlığı onun gənc yaşlarından şəxsiyyət və yaradıcılığının formalaşmasında təkan olmuşdur.                         
Hörmətli Xalq şairimiz Nəriman Həsənzadənin belə bir deyimi vardır ki, “Şair hardan keçirsə, ora sərhəddi. O sərhəddə şairlər daha tez görünür, daha tez yaralanırlar, amma ölmürlər. Şairlər yaralı oluriar, yarasız olanda ölürlər.” - Namiq Dəlidağlı da öz yaradıcılığında Bütöv Azərbaycanı  və onun sərhədlərinı əbədi ruhunda  yaşatdığını və şair ürəyinin yaralı olmasını aşağıdakı misralarında qələmə almışdır:
Gözümdə,könülümdə qışlayan ağrı,
həsrətdən sinəmə min “naxış” vurdu:
Dərbənddən, Təbrizdən...başlayan ağrı,
göynəyən ruhumda bir yuva qurdu.
 
Səni qınamıram, səni ürəyim, 
dəmir deyilsən ki, daş deyilsən ki?!..
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!..
 
Ağrı yetişdikcə göynəyir sinə,
kədər şirin-şirin yeyir ürəyi.
Hərdən də təsəlli verirlər mənə:
-xəstə olmalıdı şair ürəyi.
Namiq Dəlidağlı şanlı ordumuz tərəfindən erməni işğalçılarından Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixindən azad edildikdən sonra doğulub boya-başa çatdığı Çovdar kəndini, doğma ocağını ziyarət edir. Yağı düşmən yurd yerlərini vəhşicəsinə taladığını, daş - daş üstündə qalmadığının sahidi olduqdan sonra- doğma ocağında bircə gecə qalmaq imkanı olmadığını aşağıdakı məzmunda oxucularına təqdim etmişdir:              
Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim,
evimdə yata bilmədim...
 
Neçə ildi həsrət çəkən,
dam - daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.......
      Yaşadığınız dövr keçmə-keşli olmağına baxmayaraq, fəaliyyətiniz uğurlarla davamlı olub və bundan sonrada sədanız daim yüksəkliklərdən gəlsin.
 
Əzimov Hüseyn                        
 hüquqşunas

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar