Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Heydər Əliyev Taleli siyasətçi idi!

Tarix: 08-05-2018 17:52     Baxış: 2483 A- / A+
Heydər Əliyev Taleli siyasətçi idi!


Qreqq Breydenin “İlahi Matrisa” kitabından: İnsanlıq tarixi elə bir məqama gəlib çatıb ki, yeni bir şəkildə düşünməyi öyrənməyimiz hamımız üçün həyati dərəcədə vacibdir . 1944 cü ildə Naks Plank yeni ulduzların, DNT- nin və həyatın özününın başlanğıcı hesab olunan matrisanın, İLAHİ MATRİSAnın mövcud olmasını bəyan etdi. Elmi tədqiqatlar artıq İLAHİ MATRİSAnın mövcudluğunu təsdiq etmişdir. İLAHİ MATRİSA kainatın əsasını təşkil edən 4 əsas fundanental xüsusiyyətə malikdir.

1. İLAHİ MATRİSA mövcud hər şeyi birləşdirən enerji sahəsidir;

2. Bu enerji sahəsi bizim baxışlarımızın GÜZGÜSÜ və anbarıdır;

3. Bu enerji hər yerdə mövcuddur, onun hissələri bir biri ilə əlaqəlidir və hər biri “bütövü” əks etdirir;

4. İnsan bu enerji sahəsi ilə hisslər vasitəsilə ünsiyyətdə olur. Və İLAHİ MATRİSA insanlığın sağ qalması üçün vacib olan şəfa mənbəyidir.

Müəllifdən: Bu yazıda Siyasi-Dövlət Xadiminin həyatı və siyasi fəaliyyəti dövründə qəbul etdiyi ən önəmli qərarların rəqəmlərlə ifadə olunan tarixlərinin,sakral rəqəmlərlə (bax : İslamda Sakral rəqəmlər; məqalənin dərc edildiyi tarix: Elm qəzeti, 07 saylı, 2014 il ( 7-in 3 mislinə bərabər olan 21- əsrin 7-in 2 mislinə bərabər olan 14- cü ili ) uzlaşmasına əsaslanaraq onun taleyi – karması barədə fikir söyləməyin mümükünlüyü araşdırılır. Fikrimiizcə bu tarixlərin sakral rəqəmlərlə uzlaşmasının özü elə İLAHİ MATRİSA tərəfindən tənzimlənir.

XX əsrin tarixi Şəxsiyyətlərindən sayılan, Ümummilli Lider, mərhum Prezident Heydər Əliyevin həyatı, xüsusilə böyük siyasi fəaliyyəti hərtərəfli araşdırılmış, bununla əlaqədar çox saylı məqalələr, kitablar yazılmışdır. Ulu öndərin böyük siyasi fəaliyyəti ötən əsrin elit siyasətçiləri, xüsusilə dünyanın super dövlətlərinin başçıları tərəfindən yüksək qiymətləndirilmişdir...

Bu böyük insan haqqında daha nələr demək olar?! Çətin sualdır! Deyilmi?!

Hər şeydən öncə bu yazının başlığı ilə bağlı bir neçə söz... siyasətlə bağlı söylənilmiş fikirlər.... Almaniyanın kansleri olmuş Otto Bismark: “Siyasət çox incə bir sənətdir. Onunla məşğul olanlar mümkün ola biləcək hər şeyə nail ola bilir.

Çexiyanın prezidenti olmuş Vatslav Halek: “Siyasət olduqca incə bir sənətdir. Siyasətçilər hətta mümkün olmayanı belə əldə edə bilirlər”. (O, bu fikiri söylərkən Çexoslovakiya Respublikasının Çexiya və Slovakiya respublikalarına problemsiz ayrılmasını nəzərdə tutmuşdur).

Siyasət haqqında real təriflərdən biri də, 19-cu əsrin (19 rəqəmi ilə bağlı bir az aşağıda) böyük dövlət xadimi, istedadlı sərkərdə Bonapart Napaleona məxsusdur: “Siyasət Taledir”. Olduqca qısa.

Tale insana ALLAH tərəfindən verilir. Əgər, RƏBBİmiz kiminsə taleyinə siyasətçi olmağı ərməğan etmişsə, O, həyatının ilk çağlarında adi İnsanlardan biri olub, sonda böyük siyasətə gəlməklə böyük uğurlar əldə edəcək. Bu qəbildən olan İnsanları taleli siyasətçilər adlandırmaq olar. Əks halda, zorən siyasətlə məşğul olanlar isə təqdir oluna biləcək uğura nail ola bilməzlər! Onlar, məhz talesiz siyasətçilərdir. Təəssüflər olsun ki, ölkəmizdə hətta Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş siyasi partiyaların sədrlərinin böyük əksəriyyəti belə həmin qəbildən olan siyasətçilərdir. Ambisiyaları siyasi imkanlarından qat-qat yüksək olan bu siyasətçilərin Xalqımızın Taleyini müəyyənləşdirmək iddiasında olmasını isə yalnız faciə adlandırmaq olar...

Hörmətli oxucu! Bu yazıdan məqsədimiz Müqəddəs Qurani Kərimdə rəqəmlərin və hərflərin yaratdığı möcüzələrə söykənməklə Heydər Əliyevin həqiqətən Taleli Siyasətçi olmasına diqqətinizi cəlb etməkdir. Möcüzələr yaratmaqla Qurani Kərimin səmavi kitab olmasının təsdiqlənməsində həlledici rol oynamış 7, 9, 10, 19, 23, 33, 69 və eləcə də bir sıra digər Sakral rəqəmlərin ulu öndərin nəinki böyük siyasi fəaliyyətində, hətta dünyaya gəlişindən HAQQın Dərgahına qovuşanadək olan zaman kəsiyindəki tarixi məqamların, bu rəqəmlərlə müşayiət olunması olduqca düşündürücüdür.

Gəlin Qurani Kərimdə rəqəmlərin yaratdığı möcüzələrə baxaq: Qurani Kərimin adlarından biri olmaqla fərqləndirmə mənasını daşıyan al – Furkan adı həqiqətlə yalanı fərqləndirmək üçün 7 dəfə təkrarlanır. Qurani Kərim bəşər aləminə, Adəm övladına göndərilmiş və Adəm övladları, - bənu Adəm kəlməsi də 7 dəfə təkrarlanır. Müqəddəs Quran bildirir ki, göylərin sayı 7-dir (burada Yerin atmosferinin 7 təbəqədən ibarət olması nəzərdə tutulur). Göylərin sayının 7 olması də 7 dəfə təkrarlanır. Müqəddəs Quranda göylərin və yerin 6 gündə yaradılması (7-ci gün istirahət günüdür) 7 dəfə təkrarlanır.

Dünyanın nəhəng bəstəkarlarının yaratdıqları musiqi əsərləri, eləcədə muğamlarımız və s. Yeddi səsin-7 notun əsasında yaradılmışdır. Həyatın mənbəyi olan ağ işıq da 7 rəngdən ibarətdir...

Hər şeyə qadir ALLAHımız Muhəmməd Peyğəmbərə (s.ə.s.) hər namazda söyləyəcəyi al – Fatihə surəsini də 7 ayədən ibarət olmaqla əta etmişdir. Müqəddəs Quranda buyurulur ki, cəhənnəmin 7 qapısı var. ALLAHdan başqa yoxdur ALLAH, Muhəmməd isə onun Rəsuludur cümləsindəki sözlərin sayı da (təbii ki, ərəb dilində) 7-dir.

Qurani Kərimdə ər-Rəsul və ondan törəmə sözlər 368 dəfə, peyğəmbər (ən-Nəbi) 75 dəfə, peyğəmbərə işarə olan xoş xəbərlər müjdəçisi əl-Bəşir 18 dəfə və nəhayət ən-Nəzir 57( 57 = 19x3) dəfə təkrarlanır. Cəmi 518 dəfə. Peyğəmbərlərin adı Musa – 136, İbrahim -69 və s. (69-u yadda saxla) dəfə təkrar olunmaqla cəmi 518 (yeddinin 74 mislinə bərabər) dəfə çəkilir... Xalqımızın epik qəhrəmanı Koroğlu döyüşçülərinin (dəlilərinin) sayının da 7777 olması, həftə ərzində gecə-gündüzün növbə ilə yeddi dəfə bir-birini əvəz etməsi v.s...

Qurani Kərimdə 19 rəqəmi ilə də bağlı çox saylı maraqlı məqamlar var. Bunu 19-un onluq sisteminin birinci və axırıncı rəqəmindən düzəlməsi ilə də izah edirlər. Qurani Kərimdə onun səmavi kitab olmasına inanmayacaq kafirlərin cəhənnəmə atılacağı və onlara nəzarət edəcək mələklərin sayının 19 olduğu göstərilir. Peyğəmbərə (s.ə.s.) göndərilmiş al-Ələq surəsindəki ayələrin sayı da 19-dur. Sayca 96-cı olan bu surədən sonrakı surələrin sayı, da 19-dur. Quranın ən-Nəs adlı axırıncı surəsində sözlərin sayı, birinci ayəsindəki hərflərin sayı da 19-dur.

Qurani Kərimdəki surələrin sayı 19-un altı mislinə, 114-ə bərabərdir və Quranın kodu adlandırılır. Qurani Kərimin əvvəlindəki Bismilləhir- Rahmənir- Rahim–dəki hərflərin sayı 19-dur. Qurani Kərimdə ALLAH kəlməsi də 19-un 142 mislinə bərabər olan 2698 dəfə təkrarlanır. ALLAHın gözəl adlarından olan ar-Rəhman 19-un üç misli 57 dəfə, ar-Rahim isə 19-un altı misli 114 dəfə təkrarlanır... Bu mülahizələri davam etdirmək də olardı... bir qədər də Heydər Əliyevin doğum ili olan 23 rəqəmi barədə: Antik Çində hesab olunurdu ki, tək rəqəmlər kişiləri təmsil etməklə, 23 qəqəmi ən ədalətli rəqəm olmaqla, özünə və 1- ə bölündüyündən təkrarsızlıq göstəricisidir, bu isə Heydər Əliyevin təkrar olunmayacaq siyasətçilərdən olmasına bir İlahi işarədir. Gün ərzində İnsan 23000 dəfə nəfəs alıb verir, İnsanın bədənində 230,əlində 23 oynaq var. Qan İnsanin orqanizmində 23 san. dövr edir, dahi Şekspir 23 apreldə doğulub və vəfat edib. Valideynlərin uşaqlarına ötürdüyü xromosomların sayı 23- dür və s və s ... Nəhayət Peyğəmbərimiz(S.Ə.S.) İslam dinini 23 il ərzində təbliğ etmiş, Qurani Kərimin 23- cü surəsi isə Möminlər adlanır.

6 min ayədən, 324 min sözdən ibarət olan Qurani Kərimdəki rəqəmlərin və hərflərin sadaladığımız və sadalamadığımız möcüzələri qətiyyətlə göstərir ki, bu Müqəddəs kitab elementar təhsili belə olmayan insan tərəfindən yazıla bilməzdi...

Nobel mükafatı laureatı, Çarlz Kittelin “Mexanika” kitabının 23-cü səhifəsindən: Astronomik müşahidələrə əsasən deyə bilərik ki, Kainatın bizə məlum olan hissəsinin ölçüsü, işığın 10 MİLYARD ildə getdiyi yola bərabər olan 10 üstündə 23 ( yəni 1- dən sonra gələn sıfırların sayı 23- ə bərabərdir ) km-dir. Baxın, mərhum Prezident Heydər Əliyev XX əsrin 23-cü ilində, may ayının 10-da Dünyaya gəlmişdir. Bütün maddi aləm molekullardan, atomlardan, onlar isə nüvədə ki, nuklon adlandırılan (kütlələri təqribən eyni olduğundan) proton və neytronlardan ibarətdir və cismin kütləsi onun təşkil olunduğu nuklonların sayı ilə müəyyən edilir. Kainatdakı nuklonların sayı isə 10 üstündə 80- nə bərabərdir. Yerdəki həyatın mənbəyi olan Günəşin tərkibindəki nuklonların sayı isə 10 üstündə 57- didir (57=19 . 3). Kainatdakı ulduzların kütləsi Günəş kütləsinin 0,01-100 misli tərtibindədir. Deməli Kainatdakı ulduzların sayı 10 üstündə 80 bölək 10 üstündə 57 olacaq, yəni 10 üstündə 23- ə bərabər olacaq. Kainatdakı nuklonların sayını göstərən rəqəmdəki sıfırların sayı Mərhum Prezidentin yaşı 80-ə, ulduzların sayını göstərən rəqəmdəki, eləcə də kainatın radiusu hesab edilən rəqəmdəki sıfırların sayı isə onun doğum ilinə 23-ə, həmçinin 10 üstündə 10 işıq ilindəki sıfırların sayı isə onun doğulduğu may ayının 10-a bərabərdir. Bu qədər təsadüf mümkündürmü?

Qurani Kərimin tədqiqatçı alimləri üçün maraqlı olacaq iki fakta da diqqət yetirək. Günəşdəki nuklonların sayını göstərən rəqəmdəki sıfırların sayı 19-un 3 mislinə, 57-yə bərabərdir(bu olduqca düşündürücüdür). Ulduzlar səmada necə gəldi yox, müəyyən simmetriya ilə paylanmışlar. Ulduzlar çevrilmiş boşqabın səthini xatırladan məkanda – qalaktikalarda qruplaşmış halda yerləşir. Hər bir qalaktikadakı ulduzların sayı təqribən 10 üstündə 10- na bərabərdir. Günəşin daxil olduğu sistem bizim qalaktika adlanır və səmadakı südlü yoldakı ulduzlar bizim qalaktikanın bir hissəsidir. Qalaktikaların özləri də səmada qruplar halında yerləşir və bizim qalaktikanın olduğu qruplaşmadakı qalaktikaların sayı da məhz 19-dur.

Mərhum prezidentin həyatında önəmli rol oynamış, ömür-gün yoldaşı Zərifə xanım Əliyeva ilə ailə qurduğu 1954-cü ildəki rəqəmlərin cəmi (1+9+5+4) - 19-a, onunla son kərə olmaqla və əbədi olaraq vidalaşdığı 1985-ci ildəki rəqəmlərin cəminin isə 23-ə, Prezidentin doğum ilinə, eləcə də, Zərifə xanımın dünyasını dəyişdiyi 4-cü aprel ayının 15-in cəminin 19-a bərabər (4+15=19) olması heyrətamizdir, deyilmi ?!

İndi isə bir qədər 69 rəqəmi haqqında :
Təbiət 4 cəhətdən- Şərq, Qərb, Şimal, Cənub; 4 fəsildən- Qış, Yaz, Yay, Payız; İnsan isə 4 ünsürdən- torpaq, su, hava və ruhdan yaradılıb. Qurani Kərim 4- cü səmavi kitab olub, ilk 4 surədəki ayələrin sayı : 7+ 286 + 200 + 176 = 669 dur. Bu ayələrdə cəzadan söz açılmır, yalnız bəşəri dəyərlərdən söhbət gedir. Ona görə də 669 rəqəmi bəşəri dəyərlər rəmzi sayılır. Hər bir əsrin istənilən ilindəki son 2 qəqəm yalnız bir dəfə təkrarlandığından 69 -cu il böyük önəm daşıyır.

Cəza surələri isə ən önəmli sakral rəqəmləedən olan 9 rəqəmi ilə bağlıdır. 9- cu Tövbə surəsi ilə başlayan 11 dənə 9, 19, 29, ... 109 cu surələrdəki ayələrin sayı 555- ə bərabərdir. Ona görə də 555 rəqəmi Quranda sərtlik, cəza rəmzi sayılır. Bəşəri dəyərlər, mülayimlik rəmzi olan 669-dan cəza rəmzi 555- i çıxsaq QURANİ KƏRİMİN kodu olan 114 alınacaq.

Heydər Əliyev XX əsrin 7- ci onilliyinin 7- ci ilində siyasətdən kənar, yüksək vəzifəsinə, Azərbaycan SSR DTK – sədri vəzifəsinə təyin olundu. Böyük siyasi fəaliyyətə isə, XX əsrin 7- ci onilliyinin 7- ci ayının 7- in 2 mislinə bərabər olan tarixdə, 1969- cu il, iyulun 14- də, Azərbaycan respublikasının KP MK – in birinci katibi vəzifəsinə seçildi. Heydər Əliyevin Bəşəri dəyərlər rəmzi olan 69- cu ildə hakimiyyətə gəlməsi, Respublikanın inkişafında, idarəçilikdə dönüş nöqtəsi oldu.

Rəqəmlərin cəmi mərhum prezidentin doğum ili 23-ə bərabər olan 1976-cı ildə isə böyük siyasi fəaliyyətində 2-ci mərhələyə qədəm qoymuşdur. Sovet İKP Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdir.

Ulu öndərin yeni keyfiyyətdə böyük siyasi fəaliyyətə başlamasına zəmin verəcək ilk imkanın yarandığı tarixə diqqət yetirin! M. Qorbaçov özünün siyasi karyerasında ona ən güclü rəqib ola biləcək Heydər Əliyevin Sov.İKP SB üzvlüyündən azad olunmasına nail olduğu tarix: 21 oktyabr 1987-ci il XX əsrin 9-cu onilliyinin 7-ci ilində 10-cu ayın 7-in üç mislinə bərabər olan oktyabrın 21-i tarixi). M.Qorbaçov heç cürə düşünə bilməzdi ki, o, bu addımı ilə Heydər Əliyevin Azərbaycana qayıdaraq yeni Siyasi Həyatına qovuşmaq üçün ona ilkin zəmini yaratmaqla, Xalqımıza yeganə yaxşılığını etmiş oldu. Necə deyərlər; hər pisliyin sonunda bir yaxşılıq da olur...

Zənnimizcə Heydər Əliyevin böyük uğurlu siyasi fəaliyyətində yeni epoxa kimi dəyərləndirilə biləcək tarix olaraq, XX əsrin rəqəmlərinin cəmi 19-a bərabər olan 1990-cı ( 1+9+9+0 = 19 ) ilin birinci ayının 7-in üç mislinə bərabər olan gün - yanvarın 21-i götürülməlidir. O, həmin gün Moskvadakı Daimi Nümayəndəliyimizə gələrək sovet qoşunlarının qanlı 20 yanvarda Bakıda törətdiyi qırğınlarla bağlı özünün tarixi bəyanatını vermişdir.

19 iyul 1991-ci il(ilk baxışda adi bir gün). Bu tarixdə Ulu Öndərin qəbul etdiyi qərarın əhəmiyyətini vurğulamaq üçün görkəmli fizik, Nobel mükafatı laureatı German Veylin simmetriya nəzəriyyəsini qısa da olsa şərh etməyə ehtiyac vardır.

G. Veylə görə, Kainatın varlığının əsasında simmetriya, eləcə də, antisimmetriya durur. Ulduzlar səmada pərakəndə halında deyil, qalaktika adlanan çevrilmiş boşqab səthində müəyyən simmetriya ilə paylanmışdır. Günəş sisteminin modelinə (xüsusilə planetlərin hərəkəti halında təsviri) baxanlar, Yerin, eləcə də digər planetlərin və peyklərin heyrətamiz dəqiqliklə öz orbitaları boyunca fırlanmalarının, orbit müstəvilərinin vəziyyətinin səmada böyük dəqiqliklə dəyişilməz olaraq qalmasının şahidi olmuşlar. Bu gün maraq kəsb edən qiyamət gününün ən müxtəlif səbəblərdən baş verəcəyini söyləsələr də, bu səbəblərin hamısı yerin öz orbitasından – məhvərindən çıxması ehtimalına əsaslanır. Bu isə Günəş sistemində mövcud olan simmetriyanın pozulması deməkdir. Hər minilliyinin tək bircə böyük simmetriya ili (1001, 2002, 3003), hər bir əsrin də öz simmetriya ili olur. 1919-cu il 19- un simmetriya müstəvisilə köçürülməsindən alinir. 1991-ci il isə 19-un yanına qoyulmuş güzgüdəki əksi 91-in birləşməsindən alınır. Yəni 1991-ci il XX əsrin yeganə olmaqla ən ali simmetriya ili idi.

19 iyul 1991-ci il, XX əsrin yeganə ali simmetriya ili olmaqla, bu ilin yeddinci ayının 19-cu günüdür. 7 və 19 rəqəmlərinin Qurani Kərimin səmavi kitab olmasının təsdiqlənməsindəki möcüzələrlə artıq tanış olmuşuq. Heydər Əliyevin məhz bu tarixdə illər boyu xidmət etdiyi kommunist ideyasından imtina etməsi olduqca düşündürücüdür... O, kommunist adından, partiya və biletindən 1987-ci ilin 21 oktyabrında, yaxud 1990-cı ilin 21 yanvarında imtina edə bilərdi... Lakin onun böyük Siyasətçi Taleyinin məhz 1991-ci il iyul ayının 19-nu seçməsi təsadüf deyil. İlk baxışda adi günlərdən biri olan bu tarix İLAHİnin seçimi idi. Təkcə bu fakt kifayət edər ki, böyük siyasətin onun taleyinə İLAHİdən yazılmasına hər kəsi inandırsın...

Simmetriya anlamını inkişaf etdirərək deyə bilərik:
Ulu öndər dünyaya gəldiyi XX əsrin sonuna, HAQQIN dərgahına qovuşduğu XXI əsrin başlanğıcına, 77 il qalmış anadan olmuşdur. Əzəmətli simmetrik 77 rəqəmi də onun Taleyi idi...

Mərhum Prezident Heydər Əliyev Azərbaycanda 2-ci dəfə hakimiyyətə həm XX əsrin sonuna, XXI əsrin əvvəlinə 7 il qalmış, həm də yeddinci ayın (iyulun) başlanğıcına 7 gün qalmış, yəni 24 iyun 1993-cü ildə gəldi. Xatırlayırsınızsa, Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən və sabiq Prezident Ə. EIçibəyin iyunun 18-də paytaxtı tərk edib Naxçıvanın Kələki kəndinə getməsindən sonra ölkə hakimiyyətində ciddi boşluq yaranmışdı. 24 iyun 1993-cü ildə Milli

Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrası Alı Sovetin sədrinə verildi...

Fikir verin... rəqəmlərinin cəmi ulu öndərin doğum ili 23-ə bərabər olan 1994-cü ilin yeddinci ayının 9-da Məkkə şəhərində Müqəddəs Kəbəni ziyarət etmişdir. Bu İLAHİnin ona əta etdiyi daha bir töhfə deyildimi!

Daha bir rəqəmin Heydər Əliyevin böyük siyasi fəaliyyətində yaratdığı möcüzəyə diqqətinizi cəlb etmək istərdik... Bu 33 rəqəmidir. Bir qərinə 33 ildir. Qurani Kərimin 33-cü surəsinin 33-cü ayəsində deyilir: «...Ey Əhli - beyt! Həqiqətən, ALLAH sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istəyir!» Alimlərin fikrincə, bu sətirlər Həzrət Əliyə (ə) və Peyğəmbərimizin (s.ə.s.) sevimli nəvələrinə - Həsənə (ə) və Hüseynə (ə) ünvanlanmışdır.

2003-cü ilin martında xalqımızın sevimli Bahar- Novruz bayramı günü ilə, İbrahim Peyğəmbərin (s.a.s.) anadan olduğu və ALLAHın onu atıldığı oddan xilas etdiyi; Musa Peyğəmbərin (s.a.s.) onun qövmü ilə birlikdə Fironun təqibindən azad olduğu; İsa Peyğəmbərin (s.a.s.) səmaya qeybə çəkildiyi; Nuh Peyğəmbərin (s.a.s.) gəmisinin seldən sahilə çıxdığı; Süleyman Peyğəmbərə (s.a.s.) hakimiyyət və bütün heyvanların, quşların dilini bilmək qabiliyyətinin verildiyi, nəhayət, Peyğəmbərimizin (s.a.s.) sevimli nəvəsi İmam Hüseynin (ə) və tərəfdaşlarının şəhidlik zirvəsinə yüksəldikləri, haqqın və mənəviyyatın fani dünya üzərində qələbəsini tərənnüm edən o əlamətdar gün, Məhərrəm ayının 10-nu, yəni Aşura günü qovuşmuşdu... Bu iki günün qovuşması bir də 33 il sonra 2036-cı ildə baş verəcək... Bu böyük qovuşma ulu öndərin hakimiyyətə gəldiyinin bir ili tamam olmamış, yəni 1970-ci ilin martında baş vermişdi... Sadəcə, sovetlərin dövrü olduğundan fikir verilməmişdi... Bu iki əlamətdar günün qovuşması Heydər Əliyevin böyük siyasi fəaliyyətinin 1-ci və sonuncu, 33-cü ilində baş verdi... Bu Ulu Öndərin böyük siyasi fəaliyyətinin bir qərinə - 33 il olacağına işarə idi.

Müqəddəs Qurani Kərimin səmavi kitab olmasını təsdiqləyən möcüzəli Sakral 7 və 19 rəqəmlərinin bir qərinəlik böyük siyasi fəaliyyətin ən önəmli məqamlarını müşayiət etməsi, siyasətin bu böyük İnsanın Taleyinə RƏBBimizin ərməğan etməsinə kiminsə inanmamağını mümkünsüz edir. . .

Beləliklə, Böyük həqiqət ondan ibarətdir ki, Heydər Əliyev Taleli Siyasətçi idi!!!

Yazını hörmət və ehtiram hissi ilə qələmə aldı.

Heydər Əliyev Taleli siyasətçi idi!


Yazını hörmət və ehtiram hissi ilə qələmə aldı
Oktay Hümbətli, kimya üzrə fəlsəfə doktoru, fizika üzrə dos.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar