Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mehriban Zeynalovadan sərt təkliflər: “Manaf Ağayev allahına şükür etsin ki...”

Tarix: 22-02-2020 15:02     Baxış: 4319 A- / A+
Mehriban Zeynalovadan sərt təkliflər: “Manaf Ağayev allahına şükür etsin ki...”


"Manaf Ağayevin çağırışında cinayət tərkibi var”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında "Təmiz dünya” qadınlar birliyinin sədri Mehriban Zeynalova müğənni Manaf Ağayevin ATV telekanalında qadının başını kəsə biləcəyi barədə çıxışına görə polis şöbəsində üzr istəməsindən danışarkən deyib. O, Manaf Ağayevin bu çıxışına görə, aparıcı Mətanət Əlverdiyevanı da günahlandırıb:

"Aparıcı zorakılığın təbliği ilə bağlı ona şərait yaradır. Amma Manaf Ağayevin çıxışı bir başa cinayət çağırışı idi. Əhalinin əksəriyyəti onun çıxışına baxır və düşünür ki, çağırışları mümkindir. Onun çağırışı bir başa təbliğat idi. Adama qəsd etmək, döymək, zorakılıq, bir başa adamı öldürmək təhriki və s... Bu fikir kişilərin beynində "qadın bir söz dedisə, onun başını kəsməlisın” qərarını formalaşdırır. Bu, əgər üzr istəməklə yekunlaşıbsa, Manaf Ağayev allahına şükür etsin, əslində isə cinayət tərkibli hərəkətdir”.
Mehriban Zeynalova qeyd edib ki, Manaf Ağayevə qadağa qoymaq lazımdır:
"Onu efirə buraxmaq olmaz. Verilişlərə çıxamsına qadağa qoymaq lazımdır. Ona tətbiq edilən cəzalardan biri böyük miqdarda cərimə olunmasıdır. Bu cəzalar olmasa, bunu başqaları da təkrarlayacaq. İctimai şəxslərin qadına qarşı zorakılığı təbliğ etməsi, bu yöndə cağırışlar səsləndirməsi ciddi cinayətdir. Onun otaqda üzr istəməsini kim gördü? Efirə çıxıb üzr istəməlidır. Qadın təşkilatları birləşib televiziyanı və onu cəzalandırmalıdır. Efir böyük qüvvədir. Efirə çıxan şəxs bunu fikir kimi səsləndirirsə, biz zorakılığın qarşısını ala bilmərik. Manaf Ağayev nə müğənni kimi müğənnidir, nə də zövqümə uyğundur. Aparıcınn da ilk çıxışı deyil, dəfələrlə belə çağırışları olub və bununla bağlı ölçü götürülməlidir”.
Qeyd edək ki, müğənni Manaf Ağayev ATV kanalında çıxışında səsləndirdiyi "Bir kəlməyə görə qadının başını kəsərəm” fikri böyük etiraza səbəb olub. Buna görə müğənni Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub. O, hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar