Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sponsorların yaratdığı lüks həyat və məsum qız uşağı imici... – Onlar kimi aldadır?

Tarix: 26-05-2019 16:28     Baxış: 3177 A- / A+
Sponsorların yaratdığı lüks həyat və məsum qız uşağı imici... – Onlar kimi aldadır?

Dünyanın hər yerində məşhurların şəxsi həyatı insanların maraq dairəsindədir. Onların necə evdə yaşaması, avtomobilləri, həyat yoldaşları və ya sevgililəri, geyimlərinin qiyməti və s. daim müzakirə olunur, mediaya reytinq qazandırır, məşhurları isə gündəmdən düşməyə qoymur.

Azərbaycanda isə qadın müğənnilərin əsasən maddi imkanları müzakirə olunur. Kişi müğənnilər də tez-tez etiraf edirlər ki, onlar qadın həmkarları kimi qazanmırlar və maddi imkanları qat-qat aşağıdır. Çünki onların işi “sponsor” olmaq istəyən imkanlı kişilərdən keçmir. Sponsor sözü də müğənnilərin başına bəla olub. Dünyada sponsor maliyyəçi olsa da, bizdə sponsor deyəndə ağıla pullu sevgili, himayəçi gəlir. Sponsor adını bədnama çıxaran isə illər öncə müğənni Rəqsanə İsmayılova oldu. O açıqlamalarının birində sənətçilərin sponsorlarının sevgililəri olduğunu dedi. Bir çox müğənni bununla bağlı açıqlama verərək, onu qınasa da, nə fayda? İş işdən keçmişdi.
Sponsorların yaratdığı lüks həyat və məsum qız uşağı imici... – Onlar kimi aldadır?

Müğənni Səidə Sultanın da “sponsor” açıqlaması Rəqsanənin dediklərini qüvvətləndirmişdi:

"Açıq danışmağımı istəyirsizsə, mənə də sponsorluq təklif edənlər olub. Getmişəm, oturub danışmışam. Sonda belə bir təklif edib ki, mənimlə 5 illik müqavilə bağlamalısan. Bu müddət ərzində heç kimlə münasibətin olmamalıdır. 5 il müddətinə mənə arvadlıq etməlisən. Mən də şou-biznesdə sənə lazım olan bütün vəsaiti ödəyirəm. Axı mən belə təklifi necə qəbul edim? Gənc insanam, həyatımda hər şey qabaqdadır və buna inanıram. Belə təklifləri qəbul edən sənətçilərimiz var. Bunu etiraf etmək lazımdır”.
Sponsorların yaratdığı lüks həyat və məsum qız uşağı imici... – Onlar kimi aldadır?

Hazırda isə heç bir müğənni sponsor sözünü dilinə almır, amma Bakı balaca şəhər olduğu üçün hamı bir-birini tanıyır. Kimlərin restoran rəhbərləri ilə görüşdüyünü, kimlərin məmurların hesabına villalar, maşınlar aldığı, imkanlı sevgilisi olduğu halda “ad”ını təmizləmək üçün ərə gedib, uşaq dünyaya gətirənlər bəllidir. Hələ, pullu kişiyə görə sənət yoldaşının saçını yolanların məsum qız uşağı imici yaratması gülünc görünür. Bəlkə də bütün bunlar biz maqazinçilərin agah olduğu durumdur. İnsanlar bu haqda eşidəndə təəccübünü gizlətmir. Buna bir misal da müğənni Aysel Əlizadənin yaşadıqlarıdır. Aparıcı Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə çıxan Turanə adlı qadın 13 illik ailəsini Aysel Əlizadənin dağıtdığını iddia etmişdi. O bildirmişdi ki, müğənninin “Porsche” avtomobilini keçmiş əri Ayselə hədiyyə edib.
Ötən günlərdə isə müğənnilərin sponsor hesabına lüks həyat yaşamasını müğənni Sevinc Musayeva gündəmə gətirdi. O musavat.com-a müsahibəsi zamanı şou-biznesin pərdəarxasını açıb tökdü:

“İnsanlar bilməlidirlər ki, bütün müğənnilər imkanlı deyil. Əsasən sponsoru – pullu sevgilisi olan qadın müğənnilər lüks yaşayır. Hələ çıxıb acıq da verirlər. Heç kim heç kim üçün ölmür. Sevinc olmasın, Leyla olsun, Fatma olsun. Onlar üçün fərqi yoxdur. Təkliflərini edirlər, alınmırsa, məcburiyyət yoxdur, başqa müğənniyə yanaşırlar. Sevinc istəmirsə, nə olsun, 3 müğənni o kişiyə yalvarır. Mənim başıma elə hadisə gəlməyib. Mən maşınımı satdım ki, atamın ayağını kəsməsinlər. Amma hamı elə bilir ki, mən də imkanlıyam, amma elə deyil”.
Sponsorların yaratdığı lüks həyat və məsum qız uşağı imici... – Onlar kimi aldadır?

Atasının ayağını kəsilməkdən xilas etmək üçün maşınını satan Sevincin sözləri ürəkdağlayan idi. Çünki o da həmkarları kimi lüks həyatı seçə bilərdi. Amma həyatdır. Kimisi adı, kimisi namusu, kimisi də gözəl həyat üçün yaşayır. Hər kəs öz həyatına cavabdehdir. Ən zəhləmgedən şey insanların həyatına qarışmaq, onları mühakimə etməkdir. Soruşa bilərsiniz ki, bəs bütün bunları niyə yazdın? Düşündüm ki, bəlkə, yazdıqlarımı oxuyan qadın müğənnilər hər müsahibə verəndə “Təmiz ev qızıyam” imici yaratmaz, ağ atlı oğlan gözlədiyini deməz. Ən azı üz-üzdən utanar. Bəlkə də, artıq utanmaqdan keçib. Bilmirəm...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar