Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bozbash pictures”in Şöşüsü mənimsənilən pullardan danışdı

Tarix: 10-03-2019 20:22     Baxış: 3204 A- / A+
“Bozbash pictures”in Şöşüsü mənimsənilən pullardan danışdı

“Dövlətin filmlərə ayırdığı vəsaitin bizə aidiyyatı yoxdur. Biz kommersiya filmi çəkirik. Özümüz qazanıb, özümüz xərcləyirik”.

Bu sözləri musavat.com-a açıqlamasında “Bozbash pictures” komandasının Şöşüsü Ramil Babayev deyib. Aktyor dövlət tərəfindən filmlərə dəstək üçün ayrılan vəsaitin mənimsənilməsi probleminə toxunub:

“Biz dövlət filmi çəkmirik. Nə vaxtsa, dövlət bizə qonorar ayırsa, biz onu qəpiyinə qədər filmlərə xərcləyəcəyik. Özümüzə “İnfiniti” də almayacağıq”.

Aktyor məşhur komandanın yeni təqdim etdiyi “Bombaltı” filmindən də danışıb: “Filmin ilk təqdimat günü gələn qonaqların deyimindən belə başa düşdük ki, “Bombaltı” 99 faiz bəyənilib. Bu sevindirici haldır. Filmi izləyən hər kəsə təşəkkür edirəm. Filmlər izlənilməlidir ki, davamı da gəlsin, yeni filmlərin çəkilməsinə şərait yaransın”.

“ “Bozbaş Pictures”in hər filmində bir aktrisa seçilir və o ekran işindən sonra məşhurlaşır. Pərvin Abıyeva, Ülfət Bəşir buna nümunədir. Onların populyarlıq qazanmasına səbəb filmlərin uğurlu olmasıdır, yoxsa düzgün aktrisa seçimidir” sualına isə Babayevin cavabı belə olub:

“ Bozbaş Pictures” 6 oğlandan ibarətdir, onlara ancaq xanım rəng qata bilər. Ona görə də hər dəfə bir aktrisadan xahiş edirik ki, gəlib, filmlərimizdə çəkilsin. Ülfət özü parlaq ulduz idi, sadəcə o ulduzu təqdim etmək lazımıydı. Başqa yaxşı filmdə çəkilsəydi, yenə “ulduz” olacaqdı. Biz sadəcə vəsilə olduq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar