Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gülər Əhmədovanın oğluna hökm oxundu

Tarix: 06-08-2020 15:13     Baxış: 3367 A- / A+
Gülər Əhmədovanın oğluna hökm oxundu


Keçmiş deputat Gülər Əhmədovanın qanunsuz silah saxlamaqda təqsirləndirilən oğlu Toğrul Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Manevr.az
-ın xəbərinə görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb və hökm çıxarılıb.

Hökmə əsasən, T.Əhmədov 2 il müddətinə azadlıqdan məhum edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinib.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının fevral ayında keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.
Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham verilib.

T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb./report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar