Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Dedi, 4 il ömrüm qalıb" - Dostu məşhur diktor barədə

Tarix: 05-08-2020 22:07     Baxış: 8302 A- / A+
"Dedi, 4 il ömrüm qalıb" - Dostu məşhur diktor barədə

"Görüşəndə mənə dedi ki, həkim ona 4 il ömrü qaldığını söyləyib. Dedim, belə sözlərə fikir vermə, sən çox yaşayacaqsan".

Manevr.az
xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında xalq artisti, məşhur diktor Sabir Ələsgərli həmkarı və sənət dostu mərhum xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun doğum günündə xatirələrini bölüşərkən deyib.

O, sənət dostunu belə yad edib:

"Rafiqlə cavanlığımız bir yerdə keçib. Gözəl dost idi. Onun məşhurluğa gedən yolu televiziyada işıqçı işindən başlayıb.

Sonra diktorluqdan sədr müavini vəzifəsinə qədər yüksəldi. O, həm Azərbaycan, həm də rus dilini mükəmməl səviyyədə bilən peşəkar diktor idi. Xarizmatik insan idi, sevənləri həddən artıq çox idi. Rafiqi təkcə Azərbaycanda yox, Rusiyada da çox sevirdilər. Ona Rusiyada televiziyada iş də təklif olunub, o vətənə hədsiz dərəcədə bağlı insan olduğundan bu təklifi qəbul etməyib.
Dostcanlı, səxavətli insan idi. Kimsə ondan nəsə xahiş etsəydi, dərhal kömək edərdi. Heç kimin sözünü yerə salmazdı".

S.Ələsgərli mərhum diktorun oğlunu itirdiyini və bu itkinin ömrünün sonuna qədər onu sarsıtdığını bildirib:

"Rafiq 17 yaşlı oğlunu faciəli şəkildə itirdi. Dəhşətli ölümdən sarsılan Rafiq ömrüboyu bu itkini unuda bilmədi. Oğlunu itirəndə dedi ki, mən niyə ölmürəm, oğlumdan sonra yaşaya bilirəm. Ömrünün sonuna qədər bu ağrı ilə yaşadı. Oğul itkisi onun qəddini əymişdi".

S.Ələsgərli həmkarının son illər ağır xəstəliklə mübarizə apardığını və bu xəstəlikdən xilas ola bilmədiyini bildirib:

"Bir dəfə Rafiq mənə dedi ki, həkim ona 4 il ömrü qaldığını söyləyib. Dedim, belə sözlərə fikir vermə, sən çox yaşayacaqsan. Elə həkim dediyi kimi oldu, 4 il yaşadı. Xəstəliklə çox mübarizə apardı, bir neçə dəfə əməliyyat olundu, amma xilas ola bilmədi. Bu gün onun yeri çox görünür".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar