Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rəşad Məcid İradə İbrahimovanın təşəbbüsünə qoşuldu

Tarix: 25-06-2020 17:53     Baxış: 3217 A- / A+
Rəşad Məcid İradə İbrahimovanın təşəbbüsünə qoşuldu

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın təşəbbüsü ilə yaradılmış “Özünü qoru, çevrəni xilas et” devizi ilə Media Hərəkatına dəstək nümayiş etdirib.

Manevr.az-ın məlumatına görə, Rəşad Məcid modern.az-a açıqlamasında bildirib ki, xanım mətbuat katibinin təşəbbüsü alqışlanmalıdır:

“Çünki burada söhbət vətəndaş həmrəyliyindən gedir. Bu baxımdan da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimoavanın Media hərəkatına mən də qoşulmuşam. Eləcə də, “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatının üzvüyəm. Düşünürəm ki, COVİD-19 pandemiyası ilə mübarizədə qaydalara riayət etməli və hər birimiz tibbi maska taxmalıyıq”.

“525-ci qəzet”in baş redaktoru Media Hərəkatı üzvlərinin jurnalistlərdən ibarət olmasının xüsusi əhəmiyyət kəsb etdiyini də vurğulayıb:

“Koronavirusla mübarizədə əsas yük polisin üzərinə düşür. Düşünürəm ki, mətbuatımızın, jurnalistlərimizin üzərinə heç də polisdən az yük düşmür. Təbii ki karantin müddətində mediamızın və jurnalistlərimizin fəallıq nümayiş etdirməsi çox yaxşıdır. Belə bir zamanda “ Özünü qoru çevrəni xilas et” Media hərəkatının yaradılması müsbət haldır. Bu müddət ərzində jurnalistlərimizin təbliğata qoşulmasını alqışlayıram. İnsanları inandırmaq və təhlükənin nə qədər böyük olduğunu onlara göstərmək baxımından polis və inzibati resurslardan daha çox jurnalistlərin təbliğatı və inandırmaq bacarığı üstünlük təşkil edir. Jurnalistlər cəmiyyətimizin üstün təbəqələridir və onlar bu məsələlərdə fəal rol oynamalıdırlar. Hər halda jurnalistlərin fəallığının effektiv nəticələri də ola bilər.Hesab edirəm ki, həmin hərəkata qoşulan media təmsilçiləri və jurnalistlər virusa yoluxmanın qarşısının alınması üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini vurğulayacaq, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəklər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar