Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Oqtay Gülalıyev yenə əməliyyat olunmalıdır

Tarix: 19-06-2020 14:30     Baxış: 4203 A- / A+
Oqtay Gülalıyev yenə əməliyyat olunmalıdır


8 ay öncə avtomobil qəzasına düşən və hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan Azərbaycanın hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti əməliyyata hazırlaşdırılır.

Bu barədə "Azadlıq" radiosuna O.Gülalıyevin xanmı Firuzə Gülalıyeva bildirib. O xatırladıb ki, O.Gülalıyev bundan öncə 2019-cu ilin dekabrında müalicə aldığı Amerika Xəstəxanasında əməliyyat edilmişdi:

"Səbəb də bu idi ki, Oqtayda beyin kəmik sümüyü götürülüb. Beyinin bir hissəsi açıqdır. Həkimi əməliyyat edərək baş dərisinin beyinə yapışmaması üçün ora cisim qoydu. Bu, müvəqqəti xarakterli idi. İndi O.Gülalıyevi müalicə edən həkim deyir ki, həmin cisim götürülməli, onun yerinə kəmik sümüyü qoyulmalıdır".

F.Gülalıyeva xatırladıb ki, həyat yoldaşı birinci dəfə Bakıda əməliyyat edilib, Türkiyədə Amerika Xəstəxanasında yatdıqdan sonra da daha iki dəfə də əməliyyat olunub: "Bu xəstəxanadakı ilk əməliyyatında haqqında danışdığım cisim qoyulub ki, baş dərisi beyinin açıq hissəsinə yapışmasın. Daha bir əməliyyat isə beyinə su yığılması ilə bağlı olub, beyinə yığılan suyun axması üçün şlanq qoyuldu. İndi isə bu, sayca dördüncü əməliyyat olacaq. Amma əməliyyatın nə zaman ediləcəyi hələ bəlli deyil".

F.Gülalıyeva deyib ki, ərinin vəziyyəti stabil olaraq qalır, əllərini artıq hərəkət etdirir.

Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib.

Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilir.

Avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Amma istintaq qurumu qəzanın qəsdən törədilmədiyi qənaətini açıqlayıb. O.Gülalıyevin vurulduğu avtomobilin sürücü də qəzanı qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar