Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlan ovçusu ilə pitonun qanlı qarşıdurması – ANBAAN VİDEO

Tarix: 17-06-2020 10:03     Baxış: 4265 A- / A+
İlan ovçusu ilə pitonun qanlı qarşıdurması – ANBAAN VİDEO


İlan ovçusu Mayk Kimmelin çəkisi təqribən 70 kq olan beş metrlik ilanla qanlı döyüşü barədə kadrlar hər kəsə həyəcan dolu anlar yaşadıb.

"Fox News Channel”in məlumatına görə video Florida ştatının Everqleyds regionunda qeydə alınıb.

"O, döyüşsüz təslim olmaq istəmirdi. Əvvəlcə otlara görə onun boyunu görə bilmirdim. Ancaq qarşımdanəhəng ilanın olduğu aydın idi. Bilirdim ki, ən asan və təhlükəsiz yol ona başından hücum etmək idi. Lakin onun quyruğundan tutmaq və iblisin özü ilə rəqs etmək cazibəsindən özümü saxlaya bilmədim”, - deyə ovçu bildirib.

Qarşıdurma zamanı ilan Kimmeli dişləyib:

"Cəmi bir dəfə oldu, amma bu kifayət elədi. Dişləri qoluma çox dərin sancılmışdı, arteriyam dəlindi və sinirlərə toxundu. Xoşbəxtlikdən əlimi sıxmamışdı və mən çıxa bildim. Bir litr qan itirsəm də, ilanı ram edə bildim”.

Bundan sonra o, ilanları saldığı torba ilə yarasını bağlayıb və qanaxmanı dayandırıb. Sonra isə ilanı qayığa kimi sürüyüb.

"Onu yuxu dərmanı vurmadan daşımaq üçün kifayət qədər iri torbam yox idi”, - deyə o, bildirib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar