Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İyunda da 190 manat veriləcək? — RƏSMİ CAVAB

Tarix: 29-05-2020 15:52     Baxış: 3243 A- / A+
İyunda da 190 manat veriləcək? — RƏSMİ CAVAB

Pandemiya dövründə dövlət işsiz şəxslərin sosial rifahına dəstək məqsədi ilə 600 min nəfərə 190 manatlıq birdəfəlik ödəmə verdi. Xüsusi karantin rejmi yumşaldılsa da, dövlətin vətəndaşlara dəstəyi davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ölkə başçısının tapşırığına əsasən hazırda işsiz şəxslərin özünüməşğulluq proqramlarının əhatə dairəsi genişlənir. Vətəndaşların ictimai işlərə cəlb edilməsi davam edir.
Pandemiya şəraitində dövlətin dəstək tədbirləri davam edir. Hazırda işsiz şəxslərin ictimai işlərə və özünüməşğulluq proqamlarına cəlb edilməsi işləri həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov deyir ki, ölkə başçısının tapşırığına əsasən nazirlik tərəfindən ölkə vətəndaşlarının məşğulluğuna və sosial rifahına dəsdək məqsədi ilə 4 istiqamət üzrə tədbirlər həyata keçirilir:

"İşsiz və işaxataran vətəndaşların məşğulluğu və sosial dəstək tədbirləri bununla yekunlaşmır. Tapşırığa əsasən məşğulluq imkanının artırılması məqsədi ilə ödənişli ictimai iş yerləri artırıldı və bu say 38 mindən 90 minə çatdırıldı. Hazırda DOST mərkəzləri sayəsində bu işlərə cəlb edilənlərin sayı 61 minə çatdırılıb”.

Hazırda özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlar davam edir. Əsas məqsəd ailələrin bu proqrama cəlb edilməsi və onların sosial rifahına dəstək verilməsindən ibarətdir:
"Bu il 12 min ailənin cəlb edilməsi işləri aparılır. Bunun üçün 70 milyon manat ayrılıb. Gələn il genişlənəcək. Regionların İnkişafı İctimai Birliyi ilə əməkaşlıq aparılır. Bu çərçivəsidə ailələr bağçılıq təsərrüfatı qurur və gəlirlərini çoxaldırlar”.

Vətəndaşların məşğulluğunun təmin edilməsi üçün banklarla da əməkdaşlıq edilir. bir çox vətəndaş artıq aktivlərlə təmin edilib.

"Banklarla da əməkdaşlıq həyata keçirilir. Aprel ayının əvvəllərindən proqram iştirakçılarına aktivlər verildi. Dünya Bankı ilə də əməkdaşlıq aparılır. Hər il 5000 ailənin özünəməşğulluq təmin ediləcək. BMT ilə birlikdə həmin şəxslərin biznesə çıxışına dəstək veriləcək”.

Fazil Talıbov onu da bildirib ki, ünvanlı dövlət sosial yardımın təyinatının sadələşdirilməsi və müddətiniz uzadılması işləri həyata keçirilir. Bundan əlavə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar