Sizin Reklam Burada
Xəbər lenti
01 iyun
31 may
BÜTÜN XƏBƏRLƏR

"Milli Şuranın üzvləri gənc hitlerçilərdir" - Natiq Cəfərlidən şok sözlər

Tarix: 14-05-2020 17:12     Baxış: 435 A- / A+
"Milli Şuranın üzvləri gənc hitlerçilərdir" - Natiq Cəfərlidən şok sözlər

Dünən axşam, bu gün də səhər saat 9-dan jurnalist dostlarım zəng edərək Milli Şura ilə bağlı yayılan videolara münasibət istəyirlər. Açığı, cavab vermək istəmirəm, o qurumla bağlı şəxsən mənə 2013-də hər şey aydın idi. O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma quşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq, imtina etdik. Çünki dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan şəxs və şəxslər ərtafında bütpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı.

Manevr.az xəbər verir ki, bu fikirləri REAL üzvü Natiq Cəfərli deyib.

O, Milli Şura üzvlərini gənc hitlerçilər adlandıraraq, onlara cavab vermək istəmədiyini qeyd edib:

"Amma Gültəkinin layklar, şərhlərdə olan söyüşlər və internet baxışları haqqındakı cümlələr bir daha təsdiq etdi ki, bunlar 100 nəfərin hərəsinə 15-20 saxta profil açmaqla layklar və dislayklar qoyurlar, şərhlərə söyüş yazdırırlar ki, sonradan bunu öz cılız və axmaq "arqumentlətinə" çevirsinlər. Bunu hamı bilirdi, amma indi daha aydın və aşkar göründü. Onların REAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım".

Natiq Cəfərli hesab edir ki, Milli Şura AXCP tərəfindən idarə olunur: "Bir çox dostlar Milli Şuranın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! Milli Şura yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi Milli Şuranı saxlayırdı. Məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa, ora hər iki qurumdan təmsilçi salaraq, səsvermədə üstünlük qazansınlar - vəssalam. Bu qədər primitiv və köhnədilər.

Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə yoxdur.

Videoları da, çox güman, öz içlərində olanlar sızdırıb - zatən içlərində hökumətə işləməyən çətin tapıla. Hər birinin illərdir bu hökumətlə ilişkiləri olub-var, onlara çəkilın xəttdən, biçilən roldan heç vaxt kənara çıxmayıblar. Onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən-davranan siyasi təşkilatı həmən düşmən görüb sıradan çıxartmağa çalışırlar"/teleqraf.com

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar