Sizin Reklam Burada
Xəbər lenti
01 iyun
31 may
BÜTÜN XƏBƏRLƏR

Ünvanlı sosial yardım almaq istəyənlərə YENİ XƏBƏR VAR - VİDEO

Tarix: 14-05-2020 09:52     Baxış: 438 A- / A+
Ünvanlı sosial yardım almaq istəyənlərə YENİ XƏBƏR VAR - VİDEO

Ünvanlı dövlət sosial yardımı alanların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Sosial yardım almaq hüququ ilə əlaqədar vətəndaşlar üçün müəyyənləşdirilmiş şərtlər yumşaldılır. Bununla bağlı "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna bir sıra dəyişikliklər olacaq. Bu dəyişikliklər aliment, fiziki qüsurlu insanlara baxma və qeydiyyat ünvanı kimi məsələləri də əhatə edir.

Manevr.az Xəzər TV-yə istinadla xəbər verir ki, aliment alan və verən şəxslər də ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olacaqlar. Bundan başqa, ailənin əmək qabiliyyətli üzvü birinci dərəcə əlilliyi olan şəxsə baxırsa, bu zaman o da ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edə biləcək. Bütün bu yeniliklər ''Ünvanlı dövlət sosial yardımı haqqında'' qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyir ki, qanuna təklif edilən dəyişikliklər vətəndaşların dövlətin bu yardımına əlçatanlığını təmin etmək məqsədi daşıyır.

Qüvvədə olan qanunvericiliyə görə, vətəndaşlar dövlətin bu qayğısından yararlanmaq üçün mütləq qeydiyyatda olduqları ərazi üzrə müraciət etməlidirlər. Musa Quliyevin sözlərinə görə, bu şərt də aradan qaldırılacaq.

Bütün bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar