Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda karantin rejimi sentyabra qədər uzadılacaq? — "İlin axırına qədər də davam edə bilər"

Tarix: 11-05-2020 19:30     Baxış: 4222 A- / A+
Azərbaycanda karantin rejimi sentyabra qədər uzadılacaq? — "İlin axırına qədər də davam edə bilər"


Azərbaycanda son iki gündə koronavirusa yoluxanların sayı artıb. Əgər ölkə ərazisində koronavirusa yoluxanların sayında bu temp yenə də müşahidə edilsə, karantin rejimi sentyabra kimi uzadıla bilərmi?


Manevr.az xəbər verir ki, bununla bağlı "sonxeber.az"-a danışan deputat Azər Badamov bildirib ki, son bir neçə gündür ki, ölkəmizdə koronavirusa yoluxanların sayı artmaqdadır:
"Bunun əsasında ilk növbədə karantin rejiminə bəzi vətəndaşların məsuliyyətsiz yanaşması dayanır. Biz bilirik ki, karantin rejimində yumşalamalar həyata keçirilib. Baxmayaraq ki, karantin davam edir, bəzi insanlarda sanki pandemiya bitmiş kimi təsəvvür formalaşıb. Tətbiq olunan qaydalara əməl etmir və həm özü xəstəliyə yoluxur, həm də ətrafdakıları üçün təhlükə mənbəyinə çevrilir. Vəziyyət belə davam edərsə təbii ki, karantin qaydalarının daha da sərtləşdirilməsinə ehtiyac yaranacaqdır.

Karantin rejimi isə koronavirusa qarşı peyvənd yaranana qədər davam edəcəkdir. Bu iki ay da ola bilər, ilin axırına qədər davam edə də bilər. Biz nə vaxt karantin bitəcəyi fikri ilə yox, yeni vəziyyətə uyğun yaşamağı öyrənməliyik. Bu, gündəlik mütləq şəkildə tibbi maska geyinmək, şəxsi gigeyenik qaydalarına əməl etmək və sosisal məsafə gözləməkdən ibarətdir. Əgər hamı bu tələblərə riayət etsələr, koronavirusun yayılmasını minimuma endirmək mümkündür".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar