Sizin Reklam Burada
Xəbər lenti
05 iyun
04 iyun
BÜTÜN XƏBƏRLƏR

Korona testi neqativ çıxan şəxslərə SMS göndəriləcək

Tarix: 06-05-2020 10:52     Baxış: 344 A- / A+
Korona testi neqativ çıxan şəxslərə SMS göndəriləcək

Koronavirus pandemiyası ilə mübarizəyə ayrılmış tibb müəssisələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən avtomatlaşdırılıb.

Manevr.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkədə həyata keçirilən tədbirlərə dəstək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsi tərəfindən ölkə üzrə 120 nümunə qəbulu məntəqəsi və 19 laboratoriya avtomatlaşdırılıb.

Belə ki, sözügedən müəssisələr kompüter avadanlıqları, printerlər, bar kod oxuyucuları, operativ şəkildə nümunələrin qəbulu və nəticələrin əldə edilməsi üçün proqram təminatı ilə təchiz olunublar.

Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün analiz nümunələrinin qəbulunu həyata keçirən nümunə qəbulu məntəqələrinə pandemiya ilə mübarizəyə ayrılmış xüsusi rejimli tibb müəssisələri və təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri daxildir.

Məqsəd koronavirusla bağlı aparılan testlərin nəticələrinin avtomatik olaraq vahid məlumat bazasına işlənilməsini təmin etmək, nəticələr barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı, eləcə də digər aidiyyəti dövlət qurumlarını elektron şəkildə məlumatlandırmaqdır.

Həmçinin Agentlik test nəticəsi neqativ olan şəxslərə SMS ismarıcın göndərilməsini təmin edib. Belə ki, testin nəticəsi neqativ olan şəxslər bu barədə məlumatı Agentlik tərəfindən göndərilən SMS ismarıc vasitəsilə əldə edəcəklər.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar