Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sahə baytarlıq məntəqələri ləğv ediləcək

Tarix: 23-04-2020 04:54     Baxış: 3146 A- / A+
Sahə baytarlıq məntəqələri ləğv ediləcək

Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki baytarlıq idarələrinin strukturuna daxil olan sahə baytarlıq məntəqələri ləğv ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki baytarlıq idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin idarələrin strukturuna daxil olan sahə baytarlıq məntəqələrinin 2022-ci ilin sonunadək mərhələli şəkildə ləğvi ilə bağlı tədbirlər görməlidir.

Qeyd edək ki, fərmana əsasən, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında müqavilə bağlanması yolu ilə həyata keçiriləcək. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar