Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

DİQQƏT: İşsizlər 190 manat yardımı belə alacaq - RƏSMİ

Tarix: 09-04-2020 19:35     Baxış: 4213 A- / A+
DİQQƏT: İşsizlər 190 manat yardımı belə alacaq - RƏSMİ

Azərbaycan vətəndaşlarına 190 manat məbləğində olan birdəfəlik müavinətlərin ödənişi bankomatlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Manevr.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, vətəndaşlar müavinətləri banklara yaxınlaşmadan, ATM-lərdə müxtəlif kodlar daxil etməklə ala biləcəklər: “Hazırda belə bir imkanın yaradılması istiqamətində banklarla işlər aparılır. Lakin ilkin mərhələdə biz bu imkanı yarada bilmirik. Belə ki, vətəndaşların istifadəsində olan mobil telefon nömrələrinin onların öz adlarına olub-olmadığından əmin deyilik. Ona görə birinci mərhələdə biz nəzərdə tuturuq ki, bu vəsaiti vətəndaşlar banklardan əldə etsinlər. İkinci mərhələdə isə biz yeni bir mexanizm tətbiq etmək istəyirik ki, burada vətəndaşlar e-sosial.az portalına daxil olaraq öz mobil nömrələrini təsdiq etsinlər. Biz əmin olduqdan sonra ki, mobil nömrə vətəndaşın adınadır, bankomat vasitəsi ilə ödənişlərin verilməsini təmin edəcəyik”.

Dövlət Məşğulluq Xidmətinin rəisi həmçinin əlavə edib ki, sabahdan etibarən birdəfəlik müavinətlərin verilməsi banklar və “Azərpoçt” vasitəsilə həyata keçiriləcək.

“Biz bir qədər sonra elan edəcəyik ki, neçə vətəndaşın ödənişi aparıldı. Sabahdan isə vətəndaşlara hansı banka yaxınlaşıb vəsaiti əldə edə biləcəkləri barədə SMS-lər göndəriləcək”, - deyə M. Abbasbəyli bildirib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar