Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir: "Sabahdan etibarən ödənişlərə başlanılacaq"

Tarix: 07-04-2020 18:51     Baxış: 4136 A- / A+
Nazir: "Sabahdan etibarən ödənişlərə başlanılacaq"

"2019-cu ilin yekunlarına əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində yaranan 200 milyon manatlıq ehtiyat bu il sosial ödənişlərin dayanaqlılığına yönəldiləcək".

Manevr.az report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, aprel və may aylarında sosial sığorta haqlarının yığımında müəyyən azalmaların olacağını gözlənilir:

“Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış “ehtiyat yastığı" vasitəsilə kompensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik və ya problem olmayacaq”.

Nazir xatırladıb ki, mart ayında 2 milyon 300 mindən çox insanın sosial yönümlü ödənişləri Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub: “Hesab edirəm ki, aprel ayında da belə olacaq. Artıq qrafik elan olunub və sabahdan etibarən ödənişlərə başlanılacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar