Sizin Reklam Burada
Xəbər lenti
28 mart
27 mart
BÜTÜN XƏBƏRLƏR

Kommunal xərclərin limiti artırılır? - Nazirdən vacib AÇIQLAMA

Tarix: 16-03-2020 20:46     Baxış: 475 A- / A+
Kommunal xərclərin limiti artırılır? - Nazirdən vacib AÇIQLAMA

"Biz ünvanlı sosial yardım mexanizmini ötən il ərzində ciddi şəkildə genişləndirdik. Əgər 2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanırdısa, ilin sonunda artıq ailələrin sayı 72 min oldu. Yəni, bir il ərzində çox ciddi şəkildə, təqribən 60-70 faizlik bir artım əldə edildi”.

Manevr.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman bildirib.
Nazir deyib ki, bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır:

"Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir. Bununla bərabər, kriteriyaların yumşaldılması və bu istiqamətdə əhaliyə dəstək verilməsi barədə Sizin tapşırığınız olmuşdu. Artıq ötən il bir sıra istiqamətlərdə addımlar atıldı, torpaq pay mülkiyyəti ilə bağlı yüngülləşmələr tətbiq olundu, sırf o islahatın nəticəsində əlavə 7 min ailə ünvanlı sosial yardım proqramına daxil ola bildi.

Bu il üçün də kommunal xərclərin limitinin artırılmasına dair təkliflər hazırlanıb və hökumət tərəfindən müzakirə olunur. Yeni parlament tərəfindən qanunvericiliyə edilən dəyişikliklərlə biz 85-90 min ailənin məhz ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasını təmin edəcəyik”.

Nazir bildirib ki, paralel olaraq, ehtiyac meyarının bir il ərzində ciddi şəkildə, 10 faizdən çox artırılması, 143 manatdan 160 manata çatdırılması ünvanlı sosial yardımın məbləğinin də artmasına imkan verib "Əgər 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatdı. Bu il üçün proqnozlarımıza əsasən, bu rəqəm 215-220 manat arasında olacaq. Deməli hər ay ünvanlı sosial yardım alanlar bu qədər vəsaitlə təmin olunacaqlar”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar