Sizin Reklam Burada
Xəbər lenti
30 mart
29 mart
BÜTÜN XƏBƏRLƏR

“Azəriqaz” İB-nin baş direktoru: “İŞBAZLARIN ORTADA QALMASI YOL VERİLMƏZDİR!”

Tarix: 03-03-2020 20:14     Baxış: 4133 A- / A+
“Azəriqaz” İB-nin baş direktoru: “İŞBAZLARIN ORTADA QALMASI YOL VERİLMƏZDİR!”


Podratçı təşkilatın vədlərinə aldanaraq 2020-ci il yanvar ayının 6-dan qazdan qanunsuz olaraq istifadə edən Yasamal rayonu, Tbilisi prospekti, 3166-ci məhəllədə yerləşən “Şakir MTK”-ya məxsus binanın sakinlərini “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qəbul edib. Məlumat verilib ki, heç bir qaz açılışına razılıq olmadan, təhlükəsizlik qaydalarına əməl edilmədən, sayğaclar möhürlənmədən, kart alınmadan podratçı təşkilat tərəfindən bu qurğulara müdaxilə edilməklə qaz açılıb.
Aşkarlanan qanunsuzluğa görə qaz təchizatı dayandırılıb. “Azəriqaz” İB-nin rəhbərliyi vətəndaşların yaranmış durumdan əziyyət çəkməməsi üçün dərhal məsələyə reaksiya verib. Baxmayaraq ki, binadakı qazlaşma işlərində qüsurlar mövcuddur, lakin soyuq aylarda sakinlərin əziyyət çəkməməsi üçün elə görüşün gedişatında dərhal işçi qrupun yaradılmasına göstəriş verilib. Artıq binada 2 gündür ki, sərfiyyatı qeydə almadan qüsurla işləyən sayğaclar yenisi ilə əvəzlənir, qaz açılışı təmin olunur. Lakin sakinlərlə “Azəriqaz” İB-ni üz-üzə qoyan podratçı təşkilat da cəzasız qalmayacaq. Düşdükləri duruma görə sakinlərin də öz haqlarını müvafiq tikinti şirkətindən tələb etməsini vacib sayan “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev rəhbərlik etdiyi qurumun məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib: “Biz onunla bağlı müvafiq tədbiri görəcəyik. Lazımi orqanlara müraciət olunacaq. Bu işbaz sizi aldadaraq bunu edib. Çünki o neçə ildir ki, fəaliyyət göstərir. Qazın verilmə qaydasını, açılışını da yaxşı bilir. Yəni bu, birinci hal deyil. Onunla bağlı bir dəfə də hüquq-mühafizə orqanlarına

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov PRESS RELİZ 03.03.2020 “Azəriqaz” İstehsalat Birliyi Y. Səfərov küç. 35 AZ 1025, Azərbaycan, Bakı Tel: (99412) 521 22 25 Faks: (99412) 521 22 69 Mob: (99450) 274 27 77 E-poçt: ceyhun.q.seferov@socar.az

müraciətimiz olub. Bu gün belə adamların, işbazların ortada qalması yol verilməzdir. Bu gün siz ona rast gəlmisiniz, sabah da başqaları üçün problem yaradar”.

Məlumat üçün qeyd edək ki, bu binada 170 mənzil var. Podratçı təşkilat əlaqədar qurumları məlumatlandırmadan qanunsuz olaraq 80-ə yaxın mənzilə qaz açıb.

Daha ətraflı video materialda: https://www.youtube.com/watch?v=c6gvfsiq1Tw

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar