Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"AYB-də bizim üzvlükdən çıxarılmağımız planlaşdırılır"- Tural Turan

Tarix: 24-02-2020 18:28     Baxış: 3322 A- / A+
"AYB-də bizim üzvlükdən çıxarılmağımız planlaşdırılır"- Tural Turan

Prezident təqaüdçüsü, AYB-nin üzvü, şair-publisist Tural Turan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi Rəşad Məcidin qurultayla bağlı açıqlamasına cavab verib.

O eyni zamanda AYB-nin sədri Anarı sərt tənqid etməklə yanaşı Birliyin tabeçiliyində olan nəşirlərin sanksiyasından söz açıb:

"Yaçılar Birliyinin sədri Anar bəy iki-üç həftə əvvəl mənim açıqlamama cavab olaraq demişdi ki, o ədəbi diktator deyil. Müqabe heç deyil. Üç həftədən sonra AYB-nin Gənclərlə iş üzrə katibi çıxıb deyir ki, Emil Rasimoğlu və dostlarının (Tural Turan və Fuad Cəfərli -red.) məsələsinə də baxılacaq.

Onu da əlavə edir ki, AYB-nin Gənclər Şurasının yeni tərkibi də müəyyənləşəcək. Vallah, AYB-nin Gənclər Şurasının yeni tərkibi cəmi 7 ay əvvəl formalaşıb. Bu müddət ərzində hələ bir dəfə toplaşmayıb. İş bölgüsü aparılmayıb. Cəmi 3-4 tədbir keçirilib. Gənclər Şurasının heyəti niyə yenidən formalaşdırılır?

Cavabını deyim - Fuad Cəfərli və Tural Turanın oradan uzaqlaşdırılması üçün... Bu da son deyil, hətta AYB-dəki inanılmış mənbələrdən mənə daxil olan məlumata görə, bizim üzvlükdən çıxarılmağımız məsələsi də durur.

O zaman AYB sədri hörmətli Anar müəllimə sual ünvanlamaqda fayda var:

-Anar müəllim, siz bizim birlikdə Müqabe deyilsinizsə, bəs kimsiniz?

Bu qədər diktatorial idarəetmə və yanaşma bəs nə deməkdir?

Üstəlik, AYB-nin bəzi nəşrləri bizi çap etmir. Boyun qaçırır. Anar müəllim, mən o redaktorları qınamıram, sizdən qorxduqları üçün özlərini təhlükəyə atmaq istəmirlər.

Digər tərəfdən, deyirlər ki, AYB Anarın nüfuzuna görə qalır. Dağılmır. Güya bu günə kimi hörmətli Anar müəllimin ədəbi nüfuzu, çəkisi Yazıçılar Birliyini saxlayıb.

Gəlin özümüzü aldatmayaq, cənablar! Bir ildə bir quruma 3,8 milyon vəsait ayrılarsa, onun başına bizim qonşu hərif tanımayan Temiri də gətirsən, idarə edər..."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar