Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimov:"Millətin cibinə girmədik, xalqın sərvətini talayıb özümüzə var-dövlət yığmadıq..."

Tarix: 18-02-2020 20:45     Baxış: 4296 A- / A+
Mübariz Mənsimov:"Millətin cibinə girmədik, xalqın sərvətini talayıb özümüzə var-dövlət yığmadıq..."

"Məni fetöçu-metöçu, belə şərəfsizliklərlə şərləyənlər: öz gününüzü düşünün".

Manevr.az xəbər verir ki, bu sözləri azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ona "FETO"-çu damğası vuranlara, İŞİD terror təşkilatı ilə əlaqədə olduğunu iddia edənlərə ünvanlayıb. M.Mənsimov sözlərinə belə davam edib:

"Bu gün “Palmali”nin baş ofisində qonağım var idi - Şahin. Bizim ailədə çalışmaq istədi və bundan sonra Şahin qardaşımız “Palmali”nin “Shovket Alekperova" gəmisində çağçı başı vəzifəsində işləyəcək. Qürur duydum onunla ünsiyyətdən. Yenidən 90-cı illərə qayıtdıq. 30 il əvvəl də eyni gəmidə işlədik, indi də tale bizim yollarımızı kəsişdirdi. O vaxtlar mən gəmidə aşbaz, o isə, motorçu idi. Bəzən yazırlar ki, mənim gəmilərdə aşbaz işləməyimi qabardırlar, yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam. Birincisi, heç vaxt aşbaz işləməyimdən utanmamışam və bunu həmişə hər yerdə açıq demişəm. Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə, nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, Palmali ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalara sinə gərərək uğurlar əldə etmişik. Millətin cibinə girmədik, oğurluq etmədik. Vətənimin, xalqımın sərvətini talayıb özümüzə var-dövlət yığmadıq. Dövlət sizə kürsü verdi, siz isə onu atanızın malı kimi istifadə etdiniz. Bunun hesabını verəcəksiniz. Gec yox, tez bir zamanda! Çox az qalıb. Məni fetöçu-metöçu, belə şərəfsizliklərlə şərləyənlər: öz gününüzü düşünün. Sizin dosyeləriniz getdikcə şişir. Partlayışa az qalıb. Görün, başqa nə uydurma mənə yapıştıra bilərsiniz? Xalq hər şeyi görür və hər şeyin fərqindədir. İki şeyə öz adınız kimi əmin olun. Birincisi, bir gün dövlətin də, xalqın da, ən nəhayət, Allahın da qarşısında cavab verəcəksiniz! İkincisi, siz artıq indidən hamının nifrətini qazanmısınız. Sual: sizə nifrət edənlərə nə cavab verəcəksiniz? Mən isə, gəldiyim yeri bildiyim kimi, getdiyim yeri də çox gözəl bilirəm. O yerlərə şərəfsizləri buraxmırlar. Bunu da biləsiniz".

Manevr.az
Mübariz Mənsimov:"Millətin cibinə girmədik, xalqın sərvətini talayıb özümüzə var-dövlət yığmadıq..."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar