Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda daha bir ərazidə metro üçün böyük təhlükə var

Tarix: 09-12-2019 16:32     Baxış: 3198 A- / A+
Bakıda daha bir ərazidə metro üçün böyük təhlükə var


Bakıda "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı ilə bağlı iddialar yayılmışdı. "Bakı Metropoliteni" QSC məsələyə aydınlıq gətirərək açıqlayıb ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub.

Hazırda "Həzi Aslanov" stansiyasından əlavə başqa bir ərazi də var ki, orada tədbirlərin görülməsinə ehtiyac var. Söhbət Qara Qarayev prospektindəki metro yolunun keçdiyi ərazidən gedir.

Manevr.az-ın xəbərinə görə, ekspert Nüsrət İbrahimli baku.ws-ə açıqlamasında bildirib ki, əvvəllər həmin ərazidə ağaclıq olsa da, hazırda obyektlər yerləşir:

"Qara Qarayev prospektində Məhəmməd Hadidən yol boyu metro xətti keçir. Vaxtilə oralar hamısı ağaclıq idi. Sonradan onların hamısını təmizlədilər və obyektlər tikdilər. Həmin o metro xəttinin üstündə. Hesab edirəm ki, onlar hamısı təhlükə mənbəyidir.

Ümumiyyətlə bütün metro stansiyaların yerləşdiyi ərazilər və xüsusi təhlükəli zonaların ətrafı invertallaşdırılmalı, dəqiqləşdirilməli və araşdırılmalıdır. Həqiqətən orda təhlükə mənbəyi varsa, onun haqqında tədbir görülməlidir.

"Həzi Aslanov" stansiyasına gəldikdə isə onu deyə bilərəm ki, orada həddindən artıq sıx tikililər var. Mövcud normaları bir neçə dəfə üstələyir. Bu özü də təhlükə mənbəyidir. Yanğın və ya hər hansı forsmajor hadisə baş verdikdə orda insan tələfatı qaçılmazdır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar