Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İntiharlarla bağlı yaradılacaq yeni plan nə işə yarayacaq?

Tarix: 30-11-2019 19:48     Baxış: 4171 A- / A+
İntiharlarla bağlı yaradılacaq yeni plan nə işə yarayacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş müstəvisində Azərbaycanda intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, orta hesabla son 45 ildə intiharların sayı 60 faiz artıb. İntihar edənlərin üçdə biri gənc insanlardır. Azərbaycanda da intiharların sayı kifayət qədər artıb. Hər il ölkədə 400-500 insan özünü öldürür və bu rəqəm hər il artır.

Maraqlıdır, yeni hazırlanan plan bu sahədə müsbət dönüş yarada biləcəkmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, yeni planın hazırlanması istiqamətində hazırda iş aparılır: “Son günlər bununla bağlı bir neçə dəyirmi masa keçirilib. Planda hansı faktorların əksini tapacağı ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılır. Müzakirələrə müxtəlif sahələr üzrə ekspertlər cəlb olunub. Çünki bu elə məsələdir ki, kompleks yanaşma tələb edir. İntiharların qarşısının alınmasında hansı effektiv vasitələrin müəyyən olunmasının mümkünlüyü müzakirə olunur. Müzakirələr davam edir və layihə hazırlandıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

Psixoloq Asəf Kərimovun fikrincə, müvafiq dövlət qurumlarında - təhsil, səhiyyə və digər sahələrdə çalışanlar işlərinə məsuliyyətlə yanaşsalar, o zaman bu sahədə heç bir milli plana ehtiyac qalmaz: “Plan bizə nə verəcək? Eyni fikirlər səsləndiriləcək. Ayrı-ayrı qurumların qarşısında eyni tələblər qoyulacaq. Bu işləri kim görəcək, görülən işlərə nəzarəti kimin həyata keçirəcəyi məsələsi qeyri-müəyyəndir. Ona görə də bu sahədə problemləri həll etmək üçün əvvəlcə problemlə bağlı işlək mexanizmlərin olub-olmadığına baxmaq lazımdır. Bəlkə heç plana ehtiyac yoxdur. İntihar problemi var və bu istiqamətdə işlər görülməlidir. Ancaq əsas odur ki, görülməsi vacib olan işlər sənəd üzərində qalmasın. Qanunvericilik bizdə çox yaxşıdır. Həmin qanunvericiliyə uyğun işlək mexanizm yoxdursa, bu sahədə
işləməli olan məmurlar fəaliyyətsizdirsə, heç kim cəzasını almırsa, plan nə işə yarayacaq? Plan görüntü yaratmaqdan başqa heç nəyə yaramayacaq”.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar