Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Büdcə risk altına düşdü – Manatı nə gözləyir? – RƏY

Tarix: 12-11-2019 16:09     Baxış: 3195 A- / A+
Büdcə risk altına düşdü – Manatı nə gözləyir? – RƏY


Qlobal maliyyə şirkətləri gələn il neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.

Onlar hesab edir ki, əgər müdaxilə olmasa, yeni bir təklif artıqlığı (neft bolluğu) gələn ilin əvvəlində qiymətlərin kəskin düşməsinə səbəb olacaq. “Morgan Stanley”ə görə, hazırda Londonda 62 dollar ətrafında olan “Brent” markalı neftinin qiyməti, OPEC ölkələrinin hasilatı daha çox azaltmamaları vəziyyətində 30 faiz enişlə 45 dollara geriləyə bilər. “Citigroup Inc”. və “BNP Paribas SA” neftin 50 dollarlara qədər düşə biləcəyini qeyd edirlər. Bunun əksini proqnozlaşdıran beynəlxalq maliyyə mərkəzləri də var.

Belə ki, “Goldman Sachs Group Inc.”, “Standard Chartered Plc.”, DNB ASA və SEB AB kimi banklar ABŞ-ın şist nefti istehsalındakı sürətli artımın azalması vəziyyətində, OPEC+ istehsalçılarının hasilatlarını daha çox azaltmalarına ehtiyacı olmayacağını və xam neft qiymətlərinin gələn il 60 dollar və ya üzərində qalacağını nəzərdə tuturlar. “Morgan Stanley”in qlobal neft strateqi Martijn Rats bildirib ki, 2020-ci üçün təklif artıqlığı proqnozları naməlum görünür: “Ya OPEC hasilatı daha çox azaltmalıdır, ya da “Brent” neftin qiyməti 45 dollara düşə bilər. Bu vəziyyət ABŞ şist nefti istehsalında yavaşlama da tələb edəcəkdir”.

Proqnozlardan da göründüyü kimi, gələn il neft Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 10 dollar aşağı olacaq. 2020-ci ili üçün Azərbaycan dövlət büdcəsində neftin 1 barelinin proqnozlaşdırılan qiyməti 55 ABŞ dolları götürüb. Qeyd edək ki, 2019-cu il üçün bu qiymət 60 dollardır.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, gələn il üçün neftin qiymətinin azalmasına dair proqnozlar cari ilin ortalarından verilməyə başlayıb:
“Bugünkü qiymətlər iqtisadi səbəblərdən deyil, siyasi, geosiyasi risklərdən, sanksiyalardan və ticarət müharibələrinin nəticəsində formalaşır. Buna görə də bir çox beynəlxalq maliyyə qurumları hesab edirlər ki, geosiyasi risklər aradan qalxdıqda bazara 6-7 milyon barel əlavə neft məhsulları daxil ola bilər. Söhbət İran, Venesuela, Liviya ətrafında gedən müharibə və münaqişələrdən gedir. Nəticədə neftin qiymətində ciddi enmələr müşahidə oluna bilər. Azərbaycan bu proqnozlara əsaslanaraq gələn il dövlət büdcəsində neftin 1 barelini 55 dollardan götürüb. Əgər neftin qiyməti 50 dollardan aşağı düşərsə, Azərbaycanda ciddi dalğalar yarana bilər. Ölkəmizin xarici ticarətində neft amilini nəzərə alsaq, tədiyə balansında mənfi saldo yaranacaq ki, bu da manata basqıların yaranmasına səbəb olacaq. Bundan əlavə, büdcəyə daxilolmalarda ciddi problemlər yaşanacaq. Çünki büdcənin birbaşa neftdən asılılığı 62 faizdir. Yəni Neft Fondundan 50 faiz, 12 faiz isə neft şirkətlərinin vergi daxilolmaları hesabına formalaşır. Əgər bu şirkətlərin və ya Fondun gəlirləri azalsa, təbii ki, vergi daxilolmaları da azalacaq”.

Analitik hesab edir ki, əgər neftin qiyməti uzunmüddətli dövrdə 50 dollardan aşağı olarsa, Mərkəzi Bank manatın məzənnəsində dəyişiklik etməyə məcbur olacaq:

“Gələn il qeyri-neft sektorunda təxminən 8.9 faiz artım gözlənilir. Bu artım neft sektorunun gəlirlərini kompensasiya etmir. Qeyri-neft sektorunun ixracatında aparıcı rolu kənd təsərrüfatı oynayır. Aqrar sektor birdən birə 10-12 dəfə artmalıdır ki, neft gəlirlərini kompensasiya edə bilsin. Bu isə Azərbaycan reallığında mümkün deyil. Doğrudur, qeyri-neft sektorunun inkişafı ölkə üçün vacibdir. Amma bu sektorun gətirdiyi gəlir və qazanc neft gəlirlərini kompensasiya etmək qabiliyyətində deyil. Qeyri-neft sektorunda 8.9, 9 və ya 10 faizli artım nəzərə çarpsa da, bu rəqəmsal ifadədə çox kiçikdir”.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar