Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərinin hazırladığı boyunbağı da var - ŞƏKİLLƏR

Tarix: 02-11-2019 10:55     Baxış: 4452 A- / A+
Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərinin hazırladığı boyunbağı da var - ŞƏKİLLƏR


Rus mediası dekabrın əvvəlində məşhur sovet müğənnisi Lyudmila Zıkinanın zərgərlik əşyalarını auksiona satışa çıxacağını bildirib.

Zərgərlik əşyalarının alışı-satışı “12-ci kürsü” auksion evi tərəfindən keçiriləcək.

Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərinin hazırladığı boyunbağı da var - ŞƏKİLLƏR


Belə ki, 2009-cu ildə müğənninin ölümündən sonra zərgərlik məmulatları (SSRİ xalq artistinin mirasından qalan bir çox dəyər kimi) itirilmiş hesab edildi.

Sonradan sənətkarın köməkçisi Tatyana Svinkovanın axtarışı zamanı zinət əşyaları tapılaraq istintaq hərəkətlərindən sonra Zikinanın qardaşı oğlu Sergey Zıkinə təhvil verilib.

O isə onları 2012-ci ildə auksiona çıxarıb.

Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərinin hazırladığı boyunbağı da var - ŞƏKİLLƏR
Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərinin hazırladığı boyunbağı da var - ŞƏKİLLƏR
Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərinin hazırladığı boyunbağı da var - ŞƏKİLLƏR


Hərrac evinin mətbuat xidmətindən verilən məlumata görə, müğənninin brilyant və 17 karat sapfir daşlarından ibarət sevimli sırğaları auksiona çıxarılacaq.

İlkin lotun başlanğıc qiyməti bir milyon rubl olacaq.

Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərinin hazırladığı boyunbağı da var - ŞƏKİLLƏR


Kolleksiyaçılar başqa bir nadir əşyaya, Bakı zərgərlarının hazırladığı, Ümümilli Lider Heydər Əliyevin özü (1993-2003-cü illərdə Azərbaycan Prezidenti) tərəfindən Zıkinaya təqdim olunan boyunbağıya da maraq göstərəcəklər.

Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərinin hazırladığı boyunbağı da var - ŞƏKİLLƏR


Boyunbağı ağ və sarı qızıl rəngdədir və 127 təbii almazdan ibarətdir.

İlkin lot bir milyon rubl təklifi ilə başlayacaq.

Auksiona çıxarılanlar arasında “Qar dənəciyi” bir gümüş broş və Zikinanın ən sevdiyi zinət daşı olan "Tovuz quşu" formasında qızıl broşu da var.

Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərinin hazırladığı boyunbağı da var - ŞƏKİLLƏR


Müğənninin zəngin kolleksiyası dəfələrlə iddia edilən varislər arasında mübahisə mövzusuna çevrilib, lakin “12-ci kürsü” auksion evi inandırdığı kimi, bu anda bütün qanuni rəsmiyyətlər həll olunub./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar