Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda maşın satan Gürcüstan vətəndaşı ölkəsinə qayıda bilmir - VİDEO

Tarix: 27-10-2019 21:54     Baxış: 4213 A- / A+
Bakıda maşın satan Gürcüstan vətəndaşı ölkəsinə qayıda bilmir - VİDEO



Gürcü nömrəli maşını Bakıda satan Gürcüstan vətəndaşı Kərim Novruzov ölkəsinə qayıda bilmir.

Manevr.az-ın məlumatına görə, buna səbəb maşının daha sonra başqa bir şəxsə satılması və həmin şəxsin də telefonlara cavab verməməsidir.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə xarici ölkə qeydiyyat nişanlı maşınlar Azərbaycanda 3 ay istifadə edilə bilər və avtomobili ölkəyə gətirən şəxs də həmin maşınla ölkəni tərk etməlidir.
Kərim Novruzov deyib ki, maşın Azərbaycanda 2 ay ərzində iki fərqli şəxsə satılıb və avtomobili alan sonuncu şəxs telefonları söndürüb.
Hazırda məsələ polis tərəfindən araşdırılsa da Kərim Novruzovun ölkədə qalma müddəti bitir və vaxt keçdikdə hər günə görə ona cərimə tətbiq edilir.
Məsələ ilə bağlı yol hərəkti üzrə mütəxəssis Azər Allahverənov bildirir ki, vətəndaş əvvəlcə ölkəni qanunların icazə verdiyi müddətdə tərk edə bilmədiyi barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Belə olan halda ona cərimə tətbiq edilməyəcək. Daha sonra məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və ehtiyac yaranarsa məhkəmə yolu ilə həll edilməlidir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar