Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda maraqla qarşılanan kitab köşkünü kim sökdü? - AÇIQLAMA

Tarix: 19-10-2019 12:44     Baxış: 3194 A- / A+
Bakıda maraqla qarşılanan kitab köşkünü kim sökdü? - AÇIQLAMA


Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda quraşdırılan kitab köşkünün sökülməsinə aydınlıq gətirib.

Manevr.az xəbər verir ki, bir neçə gün öncə şəhərin mərkəzində kitab oxumaq üçün "Kitab dayanacağı" adlı köşk quraşdırılıb və içində müxtəlif kitablar yerləşdirilib. Köşk dünən axşam saatlarında sökülüb.

Məlumata görə, həmin köşk SOCAR əməkdaşları tərəfindən quraşdırılıb və üzərində dövlət neft şirkətinin loqosu da olub.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, qurum əməkdaşlarının da üzvü olduğu ictimai birlik bir müddət əvvəl belə təklif irəli sürübmüş: "Onlar SOCAR-a məxsus ərazilərdə kitab köşklərinin quraşdırılmasını təklif etmişdilər. Həmin vaxt bu təklif razılaşdırma mərhələsində idi. Lakin bu köşklərin quraşdırılmasını SOCAR maliyyələşdirmir. Həmin ictimai birlik həyata keçirəcəkdi. Sözügedən köşkün quraşdırılması və sökülməsindən isə məlumatım yoxdur".

İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən qafqazinfo-ya verilən açıqlamaya görə, məqsədindən asılı olmayaraq istənilən halda şəhərin mərkəzində hər hansı köşk quraşdırılması üçün müvafiq qurumların icazəsi olmalıdır./qafqazinfo/

Manevr.az

Bakıda maraqla qarşılanan kitab köşkünü kim sökdü? - AÇIQLAMA

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar