Sizin Reklam Burada
Xəbər lenti
14 oktyabr
13 oktyabr
12 oktyabr
BÜTÜN XƏBƏRLƏR

"Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər"

Tarix: 08-10-2019 15:13     Baxış: 3111 A- / A+
"Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər"

Ötən gün təhsil naziri Ceyhun Bayramov Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanı tutduğu vəzifədən uzaqlaşdırıb. Aparılan araşdırmaya görə, direktor icarə adı ilə müəllimlərdən pul yığıb. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və belə halların digər məktəblərdə də olduğu bildirilib. Maraqlıdır, məktəblərdəki bu cür özbaşınalığın qarşısını necə almaq olar? Günahkar tərəf yalnız direktorladır, ya ikinci tərəf də var?

Manevr.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, deputat Sona Əliyeva bildirib ki, insanlar susmasınlar ki, belə problemlər qabarıb öz həllini tapsın.

“Tək təhsildə yox, hər sahədə bu cür özbaşınalığa, haqsızlığa son qoyulmalıdır. Sağ olsun ki, Ceyhun Bayramov məsələdən xəbər tutan kimi direktoru işdən çıxarıb. Elə direktor olacaq ki, bu hadisədən təsirlənəcək lakin elələri də var ki, ümumiyyətlə buna məhəl qoymayacaq. Çox yaxşı haldır ki, Təhsil Nazirliyi insanlara, mətbuata bu qədər açıqdır və öz sahəsindəki narazılıqları aktiv şəkildə aradan qaldırır”.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, bu cür özbaşınalıq təkcə 108 nömrəli məktəbdə baş vermir.

“Məktəbdə baş verən neqativ hallar növündən asılı olmayaraq təhsilə, tərbiyəyə təsir göstərən faktordur. Əksər məktəblərdə qeyri-qanuni şəkildə vətəndaşlardan pul tələb etmək prosesi gedir, lakin məsələ qapalı qalır. Belə özbaşınalığın qapalı qalmasının iki səbəbi var. Birincisi, valideyn etinasızlığı, yəni tələb olunan məbləğin ödənilməsidir. Digər səbəb isə məktəb direktorlarını himayə edən şəxslərin olmasıdır. Bu gün Bakı, eləcə də rayonlardakı məktəbləri himayə edən vəzifəli şəxslər var. Məktəb direktorları da həmin vəzifəli şəxslərə söykənərək istənilən özbaşınalığı edirlər. Buna görə də Təhsil Nazirliyinin İctimai Şurasının üzvü kimi hesab edirəm ki, bu gün valideynlər məktəbdə neqativ hal baş verən kimi bizə də məlumat versinlər. Çünki biz həmin məsələləri təhsil naziri Ceyhun Bayramovun qarşısında qaldıra bilərik. Artıq 21-ci əsrdə yaşayırıq, dünyada məktəblər başqa yöndə fəaliyyət göstərirlər. Bu cür neqativ hal bizdəki bəzi direktorların feodal təfəkkürünün təzahürüdür. Birmənalı olaraq uşağın məktəbə pul gətirməsi ona mənfi təsir edir, məktəblə valideyn, cəmiyyət arasında qarşıdurma yaradır. Bu isə orta təhsil üçün yad bir məsələdir və belə halların kökü kəsilməlidir”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar