Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu müavinət 8 yox, 18 yaşa qədər verilməlidir" - Deputat

Tarix: 01-10-2019 13:21     Baxış: 3188 A- / A+
Bu müavinət 8 yox, 18 yaşa qədər verilməlidir" - Deputat

Bərdə rayon sakini Əzimova Rəna 24 aprel 2015-ci il tarixdə qanuni olaraq nəvəsi Ağazadə Rəna Ziya qızını qəyyumluğa götürüb. 8 yaşına qədər dövlət tərəfindən hər ay 136 manat müavinət alan və 2018-ci ilin noyabr ayından həmin müavinətin 80 manat olduğunu deyən Ə.Rəna məsələnin araşdırılması üçün yeniavaz.com saytına müraciət edib.

Şikayətçinin sözlərinə görə, artıq bir ilə yaxındır ki, 80 manat müavinət alır:
“Müavinətin kəsilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Bərdə rayon şöbəsinə müraciət etmişəm. Oradan isə mənə artıq uşağın böyüdüyünü və buna görə də 136 manatdan 56 manatın kəsildiyini dedilər".

Ə.Rəna eyni zamanda nəvəsi A.Rənanın hal-hazırda astma-bronxit xəstəliyindən əziyyət çəkdiyini və onun dərmanlarını almağa maddi imkanının olmadığını bildirib:
"Əvvəl 136 manatla birtəhər nəvəmin xərclərini qarşılayırdım amma artıq həkimin yazdığı dərmanları almağa gücüm çatmır. Dərmanları çox zaman aptekdən borc alıb ödənişini az-az verirəm. Ayda bir dəfə isə inqalyasiya olunmalıdır. O gün həmin aparatı dərmanları ilə birlikdə 90 manata almışam. Hər ay bu dərmanlar təzələnməlidir. Demək istəyirəm ki, hər iki valideyni olmayan və xəstə uşağı mən necə saxlayım?".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov ilə əlaqə saxladıq. F.Talıbov saytımıza açıqlamasında 56 manat müavinət qanuna əsasən 8 yaşınadək verildiyini bildirdi:
"Sözügedən vətəndaşa 01.11.2018-ci ilədək hər ay 136 manat məbləğində müavinət ödənilmişdir. "Sosial müavinətlər haqqında" Qanunun 9.1.4.3 bəndinə (vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək) əsasən nəvəsinə baxmaq üçün nənəyə verilən müavinət uşağın 8 yaşı tamam olduğu üçün 01.11.2018-ci il tarixində kəsilmiş, amma, nəvəyə verilən müavinət hal-hazırda 80 manat olmaqla vaxtında ödənilir".

Qəbul edilmiş qanuna əsasən müavinətin uşağın 8 yaşına qədər verilməsi ilə bağlı Milli Məclisin üzvü deputat Vahid Əhmədova müraciət etdik.
O, açıqlamasında bildirdi ki, uşağın xərci getdikcə artdığına görə, bu müavinət 8 yox 18 yaşa qədər verilməlidir:
"Uşağın xərci yaşı artdıqca daha da çoxalır. Mən belə hesab edirəm ki, 18 yaşına qədər verilməlidir. Çünki, o yaşlarda uşağın böyüməsi və inkişafı üçün vəsait tələb olunur".
V.Əhmədov eyni zamanda sözügedən məsələyə yenidən baxılacağının mümkün olduğunu da qeyd etdi.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar