Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ali məktəb dərsliklərində problemlər var” - İsa Həbibbəyli

Tarix: 17-09-2019 18:44     Baxış: 3116 A- / A+
“Ali məktəb dərsliklərində problemlər var” - İsa Həbibbəyli

Azərbaycanda ali məktəb dərsliklərində problemlər var. Xüsusən təbiət elmləri, riyaziyyat sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur.

Manevr.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı mühüm nailiyyətlər əldə edilib:

“Bu il ilk dəfə olaraq, 1-ci sinif şagirdləri üçün “Riyaziyyat” dərsliyini iki hissədən ibarət kitab formasında çap edib. Bu, bizim dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün apardığımız müzakirələrin konkret nəticəsidir. Amma ali məktəb dərsliklərində problemlər var”.

İ.Həbibbəyli qeyd edib ki, ali məktəblərin bakalavriat səviyyəsi üçün müəyyən dərsliklər olsa da, magistratura səviyyəsi üzrə dərsliklərin hazırlanması prosesi çox ləng gedir.

Komitə sədri əlavə edib ki, bəzən magistratura səviyyəsi üçün bakalavriat səviyyəsi üçün olan dərsliklərdən istifadə edilir:

“Magistratura üçün proqramlar bakalavriat səviyyəsi üzrə olan proqramlardan fərqlənmir, bu proqramlar bir-birindən xeyli fərqləndirilməlidir. Magisttratura üçün dərsliklərin hazırlanması prioritet olmalıdır”.trend


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar