Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Boşananların sayı artır - Hansı rayonlarda daha çoxdur? - VİDEO

Tarix: 15-09-2019 22:12     Baxış: 4220 A- / A+
Boşananların sayı artır - Hansı rayonlarda daha çoxdur? - VİDEO

[b

Bu il Azərbaycanda nikah və boşanma hallarının daha çox qeydə alındığı rayon və şəhərlərin adları açıqlanıb.[/b]
Manevr.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 29 391 nikah və 8257 boşanma halları qeydə alınıb.


Bu dövr ərzində daha çox nikaha daxil olma 6910 rəqəmi ilə Bakıda qeydə alınıb. Sumqayıtda 1040, Gəncədə 825, Ağdamda 679, Şəmkirdə 674 nikah bağlanıb.

Boşanma da yenə ən çox Bakıda qeydə alınıb. Paytaxtda 2508 nikahın pozulması halı qeydə alınıb. Son 6 ay ərzində Ağdamda 210, Masallıda isə 176 boşanma hadisəsi qeydə alınıb.

Ekspertlər bildirir ki, boşanmaların bir sıra səbəbləri var.

Psixoloq İbrahim İbrahimov nikah pozulmalarının əsas səbəblərinin xarakter uyğunsuzluğu, övladın olmaması və kənar müdaxilələr olduğunu deyir. Bununla birlikdə sürətlə şəhərləşmə prosesi də ailələrin dağılmasına təsir göstərən amillərdəndir.

Ekspert bildirir ki, nikahın pozulmasının əsas səbəblərindən biri də vətəndaşların psixoloji cəhətdən hansısa savada malik olmamasıdır.

Vətəndaşlar isə boşanmaların sayının artmasına səbəb kimi gənclərin ailə həyatına hazır olmadan nikaha girmələrini göstərirlər.

Qeyd edək ki, son illər boşanmaların sayında ciddi artımlar var. Aidiyyatı dövlət qurumları bunun qarşısını almaq üçün müəyyən proqramlar icra edir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar