Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə Nazirliyindən malyariya ilə bağlı beynəlxalq təşkilata MÜRACİƏT

Tarix: 13-09-2019 18:07     Baxış: 3174 A- / A+
Səhiyyə Nazirliyindən malyariya ilə bağlı beynəlxalq təşkilata MÜRACİƏT

Malyariya xəstəliyi dünyada parazitar xəstəliklər içərisində ən geniş yayılmış transmissiv parazitar xəstəlik olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planetin əhalisinin 41 faizindən çoxu malyariyaya yoluxma riski altındadır. Hər il orta hesabla dünyanın 100-dən çox ölkəsində 300-500 milyon insan bu xəstəliyə yoluxur. İl ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, respublikada keçən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsinin, 1 milyondan çox qaçqın və məcburi köçkün və əhali arasında xaotik miqrasiyanın nəticəsində bu xəstəlik geniş miqyasda yayılaraq ölkə ərazisinin 80 faizini əhatə edib.
Epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq olaraq Milli Proqram hazırlanıb. Bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alınıb və ilbəil xəstələnmə səviyyəsi azalmağa başlayıb.
Aparılan məqsədyönlü kompleks əks-epidemik tədbirlər nəticəsində Azərbaycanda malyariyanın eliminasiyasına nail olunub və 2013-cü ildən bu xəstəlikdən yerli yoluxma müşahidə edilməyib. Malyariya ilə yerli yoluxmaların kəsilməsinə nail olmuş ölkələr, malyariyanın eliminasiyası barədə sertifikat alınması üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edirlər.
Malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Bunun nəticəsi bilavasitə turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq malyariyanın eliminasiyasının sertifikatlaşdırılması üçün Səhiyyə Nazirliyi ÜST-ə müraciət edib və müsbət rəy alıb. Səhiyyə Nazirliyində artıq hazırlıq prosesi başlayıb. Sertifikasiya prosesinə hazırlığın təmin edilməsi və gələcəkdə Beynəlxalq Sertifikasiya Komissiyası ilə səmərəli əməkdaşlıq etmək məqsədilə aidiyyatı dövlət qurumlarının mütəxəssislərindən ibarət Sertifikasiya Komitəsi yaradılıb və bu gün onun birinci toplantısı keçirilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar