Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qaçqınkom"da bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb -ŞƏKİLLƏR

Tarix: 06-09-2019 19:01     Baxış: 4294 A- / A+
"Qaçqınkom"da bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iki aylıq könüllülük fəaliyyətini başa çatdıran bir qrup gəncə müvafiq sertifikat təqdim olunub.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ölkəmizdə könüllülüyün milli dəyələrimizdən qaynaqlandığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, müvafiq qanunvericilik bazası olan könüllülük hərəkatı hər bir gəncə özünü ifadə etmək, gələcək karyera üçün təcrübə toplamaq və yeni dostlar qazanmaq imkanı verir. Qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərməklə gənclərimiz həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər. İki aylıq könüllülük fəaliyyəti dövründə gənclər komitənin struktur bölmələrində konkret tapşırıqlar yerinə yetirib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, öz biliklərini artırıb, qaçqın və məcburi köçkünlərlə iş təcrübəsi əldə ediblər.

Tədbirdə çıxış edən könüllülər gənclərin hərtərəfli inkişafına dövlət qayğısını yüksək dəyərləndirib, komitədə onlara yaradılan şəraitə və göstərilən etimada görə minnətdarlıq bildirib, burada qazandıqları təcrübənin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

F.Hüseynov könüllülük fəaliyyətinin uğurla başa çatdıran gəncləri komitə rəhbərliyi adından təbrik edib, onlara təhsildə və gələcək karyeralarında yeni nailiyyətlər arzulayıb.

Tədbirdə komitənin kadrlar üzrə baş məsləhətçi Həbib Hüseynov, “Vətən səsi" qəzetinin baş redaktoru Elşən Əliyev və komitənin digər əməkdaşları iştirak ediblər.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov könüllülərə sertifikat təqdim edib. Daha sonra xatirə şəkli çəkilib.

Qeyd edək ki, Dövlət Komitəsində könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Hazırda komitədə 12 nəfər gənc könüllü fəaliyyət göstərir.

"Qaçqınkom"da bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb
"Qaçqınkom"da bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb
"Qaçqınkom"da bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar