Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Komfortlu “Bakı Bus”ları niyə diskomfort etmişik?

Tarix: 06-09-2019 08:19     Baxış: 3146 A- / A+
Komfortlu “Bakı Bus”ları niyə diskomfort etmişik?

Komfortlu və müasir “Bakı Bus” avtobuslarında ön qapının bir layının açılması, intervalın düzgün tənzimlənməməsi sərnişinləri ən çox narahat edən problemlərdəndir. Bu problemlər mətbuatda və sosial şəbəkələrdə qeyd edilsə də, aktual olaraq qalır və hələ də öz həllini tapmayıb.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a “Bakı Bus” avtobusları ilə bağlı səslənən şikayətlər barədə danışan nəqliyyat eksperti Azər Allahverənov deyib. O bildirib ki, sərnişinlər avtobuslarda rastlaşdıqları problemlərlə bağlı mütləq Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müraciət etməlidirlər:

“Bu problemlər həm “Bakı Bus” avtobuslarında, həm də digər daşıyıcı şirkətlərə məxsus avtobuslarda var. BNA-nın aiddiyyəti strukturları qaynar xəttə daxil olan şikayətlərlə bağlı ciddi araşdırma aparmalıdırlar”.

Ekspert “Bakı Bus” avtobuslarının bəzən hərəkətdə olarkən, təhlükəli manevrlər etdiyini də qeyd edib:

“Əlbəttə, 5 il bundan qabaq paytaxtın nəqliyyat sistemindəki xoşagəlməz hallara daha geniş rast gəlinirdi və bu gün onların bir çoxu aradan qaldırılıb. Bu gün aidiyyəti strukturların, KİV-lərin, vətəndaş cəmiyyətinin, ekspertlərin problemlərlə mübarizəsi müəyyən mənada müsbət dəyişikliklərə gətirib çıxarıb. Amma yenə də çatışmazlıq var. Maarifləndirilmə və zəruri tədbirlər həyata keçirilməlidir. BNA bu məsələdə kifayət qədər fəal olmalıdır. Çünki onlar bu sahəyə cavabdeh qurumdur”.

A.Allahverənov avtobusların hərəkət istiqamətində və onlar arasındakı interval məsələsinin də ciddi problem olduğunu bildirərək qeyd edib ki, avtobusların hərəkət istiqaməti mövcud reallığı, əhalinin sıxlığı nəzərə alınaraq müəyyən edilməlidir.

Nəqliyyat eksperti Elməddin Muradlı isə “Bakı Bus” avtobusları arasındakı intervala Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ciddi nəzarət etməsinin lazım olduğunu bildirib:

“Bəzən olur ki, tıxac yaranır və bir neçə avtobus da tıxacda qalır. Yenidən hərəkət bərpa olduqda isə eyni vaxtda dayanacağa bir xətt üzrə hərəkət edən bir neçə avtobus yaxınlaşır. Düşünürəm ki, mərkəzin işi bu istiqamətə yönəlsə, interval məsələsi tənzimlənə bilər”.

Ekspert onu da qeyd edib ki, paytaxtdakı avtobus dayanacaqları 1-2 avtobus üçün nəzərdə tutulsa da, bəzən bir neçə avtobus eyni vaxta dayanacağa daxil olur:

“Avtobus dayanacaqları normalda 2 avtobusdan artıq tutmur. Lakin bəzən olur ki, bir dayanacaqda 4-5 avtobus dayanır. Bu əhalinin sıx olduğu yerlərdə, metro yaxınlığında xaosun yaranmasına səbəb olur. Buna görə də vahid mərkəzdən idarə olunan interval sistemi qurulmalıdır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar