Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dövlət qurumunun binası satılıb - 650 min manata

Tarix: 29-07-2019 14:58     Baxış: 4121 A- / A+
Azərbaycanda dövlət qurumunun binası satılıb - 650 min manata


Son zamanlar "Azərpoçt”un yerlərdəki poçt şöbələrinin yerləşdiyi əmlaklar özəlləşdirilərək satılır və şöbələrin əvvəllər hətta 500-600 kv.metr olan əraziləri 40 kv.metrə endirilir.

Manevr.az xəbər verir ki, bu haqda məlumatı azpolitika.info yayıb. Xəbədə görə, sonuncu dəfə belə bir "əməliyyat” "Azərpoçt" MMC-nin paytaxtdakı 2 saylı filialının 138 saylı poçt şöbəsində həyata keçirilib:

"Azərpoçt”un təkcə Bakı şəhərində 100-dən artıq şöbəsi fəaliyyət göstərir. Sovet dövründə əksər binaların birinci mərtəbəsini başdan-başa əhatə edən poçt şöbələrinin çoxunun ərazisi ya satılıb, ya da kiçildilərək balaca bir otağa çevrilib. Məsələn, "İnşaatçılar” metrosunun yaxınlığında yerləşən 138 saylı Poçt Şöbəsinin də sahəsi satılıb. Şöbəyə əvvəlcə ATS-in binasında, sonra isə yeni açılan "Şəbəkə” xidmət mərkəzində yer verməklə kifayətləniblər”.

Qeyd edilir ki, həmin şöbənin yerləşdiyi əmlak "Azərpoçt”un rəhbərliyi tərəfindən satılıb: "100 kv.metrdən çox sahəsi olan poçt şöbəsi "Azərpoçt” rəhbərliyi tərəfindən 650 min manata satılıb. Ən maraqlısı odur ki, "Azərpoçt”un baş direktoru poçt şöbələrini satır, sonra da yeni sahibindən baha qiymətə icarəyə götürür…”

Mənbə qurumun rəhbəri Emin Əfəndiyevin hətta nazirlə də hesablaşmadığını iddia edir: "Maraqlı məqamlardan biri odur ki, baş direktor ya özü həddindən artıq sərbəst adamdır, ya da onun üçün bu cür sərbəstliyi yaradanlar var. Çünki o, hətta nazir Ramin Quluzadənin belə sözünə məhəl qoymur…”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar