Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

ANS təxribatçı xəbərə cavab verdi

Tarix: 17-07-2019 20:46     Baxış: 3130 A- / A+
ANS təxribatçı xəbərə cavab verdi

"Hüquq-mühafizə orqanları belə qondarma məlumatları yayan şəxslərlə bağlı ciddi ölçü götürməlidir..."

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bəzi saytlarda ANS-in prezidenti Vahid Mustafayevin avtomobilinin guya qayda pozması barədə yazılan xəbərlərə rəy bildirib.

Mais Məmmədovun sözlərinə görə, həmin xəbərdə yayılan yeganə doğru məlumat odur ki, Azərbaycana ilk dəfə “Gelandevagen”i gətirən Vahid Mustafayev olub.

M.Məmmədovun dediyinə görə, birincisi, Vahid müəllim çoxdan avtomobil idarə etmir, bu vəzifəni sürücülər həyata keçirir. İkincisi, qarajımızdan aldığımız məlumata görə, adı çəkilən nəqliyyat vasitəsi həmin vaxt qarajda olub.

”Məlumdur ki, Vahid Mustafayev nüfuzlu, maraqlı şəxsdir, onun barəsində yayılan hər hansı xəbər dərhal reytinq gətirir. Qeyd edim ki, bu yalan məlumat təxribat məqsədi ilə yayılıb, lakin təxribat etmək istəyənlər bilsinlər ki, növbəti cəhdləri də baş tutmayıb. ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri bildirib ki, yayılan məlumatlarda guya avtomobilin üç balla cərimələndiyi də yazılıb. Dövlət Yol Polisindən məlumat ala bilərsiniz. Həmin avtomobilin heç bir cəriməsi yoxdur! Digər tərəfdən, hüquq-mühafizə orqanları belə qondarma məlumatları yayan şəxslər və hər hansı qurumlarla bağlı ciddi ölçü götürməlidir. Biz müharibə şəraitində yaşayırıq. Bu hərəkətlər hansı məqsədi güdür?”- deyə ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov vurğulayıb.

M.Məmmədov həmkarlarını qınayıb: "İyulun 18-də ANS TV-nin bağlanmasından üç il ötəcək. Respublika Prokurorluğu ANS-in fəaliyyətində hər hansı istintaq hərəkəti tapmadığını etiraf etdi. Nəyə görə heç bur günahı olmadığı sübuta yetirilən ANS-in fəaliyyətinin bərpa olunması barədə ciddi araşdırma aparmayan və ya məlumat yaymayan saytlar xırda, özü də yanlış məlumatı vur-həşirlə yaymağa başlayır? Düz etmirsiniz, həmkarlar...”.istipress.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar