Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı satıcı 1 milyonu sahibinə qaytardı

Tarix: 21-06-2019 14:49     Baxış: 3189 A- / A+
Azərbaycanlı satıcı 1 milyonu sahibinə qaytardı


Azərbaycanlı meyvə ticarətçisi itirilən pulu rusiyalı sahibinə qaytarıb.

Hadisə Rusiyanın İrkutsk şəhərində baş verib.

İçərisində 1 milyon rubl (təxminən, 27 min manat) olan bağlamanı İrkutsk banklarından birinin yaxınlığında itirilib və Azərbaycandan olan meyvə ticarətçisi Şamxal Gözəlov və dostu tərəfindən tapılıb.

"Bağlamanı açdıq, baxdıq, minlik və beşminlik əskinaslar var idi. Dostum elə təəccübləndi ki, dərhal telefonunu çıxarıb şəkil çəkdirdi. Heç vaxt əlimizdə bu qədər pul saxlamamışdıq", - Şamxal deyib.

Onun sözlərinə görə, pulu sahibinə vermək üçün maşınla onun arxasınca gediblər: "Avtomobilin markasını yadda saxlamaq çətin deyildi. Ona görə də onun ardınca sürdük və çatdıq. Arxadan işığı yandırıb-söndürüb xəbərdar etmək istəyirdik, amma deyəsən, o, üzərində çoxlu pul olduğunu düşündüyündən qorxurdu və sürəti artırırdı. Nəhayət, ona çatıb bağlamanı göstərdik, sürücünün üz cizgiləri dəyişdi və maşınını yol kənarında saxladı".

Pulun sahibi dürüstlüyünə görə Şamxala təşəkkür etmək məqsədi ilə bir neçə beşminlik əskinasa əlinə alsa da, həmyerlimiz bundan imtina edib.

"O, bunu görəndən sonra az qala zorla məni avtomobilə əyləşdirib mağazaya apardı və mənə 15 min rubla bahalı kanyak aldı", - Gözəlov bildirib.

Bu hadisə İrkutsk qruplarından birində elan yerləşdirməyə müvəffəq olan azərbaycanlının dostunun sayəsində sosial şəbəkədə yayılıb. İstifadəçilər azərbaycanlıların dürüstlüyünə heyran qalıblar. (report)

Manevr.az


Azərbaycanlı satıcı 1 milyonu sahibinə qaytardı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar