Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Elinanın qəbri təhqir edildi, yeni cinayət işi başlandı

Tarix: 20-06-2019 16:24     Baxış: 2136 A- / A+
Elinanın qəbri təhqir edildi, yeni cinayət işi başlandı


Bakıda intihar etmiş məktəbli Elina Hacıyevanın qəbri üzərindəki fotosu cırılıb, gülləri isə dağıdılıb.


Bu barədə Report-a açıqlamasında vəkil Emin İsayev məlumat verib.

Vəkil bildirib ki, bu əməlin kim tərəfindən törədildiyi məlum deyil və Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə bağlı başlanan cinayət işi üzrə müvafiq addımlar atılacaq.

Vəkil əlavə edib ki, 162 nömrəli tam orta məktəbin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümü ilə bağlı başlanmış cinayət işi üzrə təyin olunmuş komisyon ekpertiza başa çatıb: "Ekspertizanın rəyi bizə təqdim edildikdən sonra istintaq hərəkətləri davam edəcək".

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar