Sizin Reklam Burada
Xəbər lenti
26 iyun
25 iyun
BÜTÜN XƏBƏRLƏR

“Bizsə möcüzələrə ironiya edirik…” – Herisçidən pirlərlə bağlı MARAQLI FİKİRLƏR

Tarix: 12-06-2019 11:21     Baxış: 369 A- / A+
“Bizsə möcüzələrə ironiya edirik…” – Herisçidən pirlərlə bağlı MARAQLI FİKİRLƏR


Bizdəki paranormal ünvanlar, ocaq və pirlər elm tərəfindən tədqiq edilməyib. Belə ünvanlar adətən xüsusi testlər vasitəsilə tədqiq edilir.

BMT-də, Harvard Universitetində araşdırılır. Habelə digər elm ocaqlarında dediyiniz oxşar mövzular araşdırılır. Azərbaycanda buna elmi yanaşmalar sərgilənməyib. Ortada böyük ağ ləkələr var. Parapsixologiya elmi üzrə mütəxəssislər bizdə yoxdur.

Bu sözləri vaxtilə ANS-də “Gizli Azərbaycan” proqramının müəllifi, konspiroloq-yazıçı Həmid Herisçi pirlər, ocaqlarla bağlı danışarkən deyib.

H.Herisçi bildirib ki, Qədim Yunanıstanda adına asklapion deyilən ziyarətlər, şəfa ocaqları zənciri mövcuddur ki, pirlər, ocaqlar da oradan gəlir:

“Oradakı ayinlər aşağı-yuxarı bizim pir-ocaqlardakı mərasimlərlə eyniyyət təşkil edir – orada da qurban kəsdiyin heyvanın dərisinə bükülürdün, orada da pir yuxusuna dalırdın.

Yuxuda gördüklərini ordakı həkimlərə danışırdın. Bunun əsasında xəstəyə müalicə təyin edilirdi. Bu ocaqlarda zəhərli ilanlar da olurdu. Bu zəhərdən də müalicə üçün istifadə edilirdi. Asklapionlarda adətən həmişə endemik – yəni nadir flora-fauna nümunələri də mövcuddur”.

H.Herisçi bildirib ki, Yunanıstan fərqli olaraq Azərbaycandakı belə yerlər həqiqidir, əsldir:

“Yunanıstanda bu sistem indiyədək qalmasa da, oxşar müalicə üsulları Azərbaycanda hələ də diridir. Niyə? Çünki Yunanıstandakı bu sistem görünür kənar təsirdən yaranmışdı. Azərbaycanda bu sistemin indiyədək varlığı göstərir ki, Yunanıstandan fərqli olaraq, bizdəki asklapionlar əsldi, həqiqidi, ilkindi. Belə olmazsa, həmin ocaqlar indiyədək qalmazdı. Yalançı pirlərin ömrü az olur.

İsmayıllıda yadıma gəlir, bir nəfər özü üçün yalançı pir qurmuşdu. Buna cavab olaraq ərazisində “yalanqoz” adlanan bitki yetişmişdi. Yalanqoz, zahirən qoza bənzəyir, ancaq qoz deyil. Yəni təbiət özü həmişə bu yalanlara cavab verir”.

H.Herisçinin sözlərinə görə, təəssüf ki, Azərbaycanda bu cür ünvanların monitorinqi yoxdur, belə yerlər elm tərəfindən tədqiq edilməyib:

“Məsələn, Əshabü-Kəhf Moskva alimləri tərəfindən öyrənilib. Bu tədqiqatlara bu gün Avropa ölkələri, Rusiya maraqlıdır. Bizsə belə möcüzələrə həmişə öz ironiyalarımızla məşhuruq”. \axar.az


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar