Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

SOS: 2100-cü ilə qədər dəniz suyunun səviyyəsi 2 metrədək artacaq

Tarix: 22-05-2019 07:42     Baxış: 2140 A- / A+
SOS: 2100-cü ilə qədər dəniz suyunun səviyyəsi 2 metrədək artacaq

Son araşdırmalar nəticəsində məlum olub ki, dəniz suyunun səviyyəsi 2100-cü ilə qədər 2 metrədək artacaq.

ONA “CNN”-ə istinadən xəbər verir ki, alimlərin qənaətinə görə, Grenlandiya, Qərbi və Şərqi Antarktidada gedən proseslər belə davam edərsə, dəniz suyunun səviyyəsinin 2100-cü ilə qədər 62 santimetr ilə 2 metr 38 santimetr arasında arta bilər.

Məlumata görə, planetimizdə istiliyin 5 dərəcə artması ilə belə bir vəziyyət müşahidə ediləcək.

BBC-nin xəbərinə görə isə Bristol Universitetinin professoru Conatan Bamber mövzu ilə əlaqədar açıqlama verərək bildirib ki, buz təbəqəsinin əriməsi nəticəsində 2100-cü ilədək dəniz suyunun səviyyəsinin 7 santimetrlə 1 metr 78 santimetr aralığında olması gözlənilir. O, nəhəng buz təbəqələrinin xaricindəki qatların da əriməsi nəticəsində bu rəqəmin 2 metrə yüksəlməsini istisna etməyib.

Belə olan halda milyonlarla insanın yaşadıqları yerləri tərk edəcəkləri ehtimal edilir.

Tədqiqatçıların fikrincə, belə bir vəziyyət baş verərsə, dünyanın 1,79 milyon kvadrat kilometr ərazisi, təxminən Liviya səhrası böyüklüyündə ərazi su altında qalacaq.

Ehtimallara görə, bu proses daha çox Nil çayının deltası ərazisindəki məntəqələri, Banqladeşi, eləcə də London, Nyu-York və Şanxay kimi şəhərləri əhatə edəcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar