Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatın bağlatdırdığı popkorn aparatı yenidən İŞƏ BAŞLADI - YENİ ŞƏKİL

Tarix: 16-05-2019 14:27     Baxış: 3220 A- / A+
Deputatın bağlatdırdığı popkorn aparatı yenidən İŞƏ BAŞLADI - YENİ ŞƏKİL

Deputat Rasim Musabəyovun sosial şəbəkələrdə yazdığı statusdan sonra bağlanan popkorn aparatları yenidən açılıb.

Manevr.az azxeber.com-a istinadən xəbər verir ki, dünəndən etibarən keçidlərdə popkorn aparatları yenidən fəaliyyətə başlayıb.

Sadəcə dəyişiklik satıcılar arasında olub. Belə ki, satıcı kimi orta və yaşlı insanlar işə qəbul edilib.

Xatırladaq ki, deputat Rasim Musabəyov popkorn satan uşaq haqda bu sözləri yazmışdı: "Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.
Deputatın bağlatdırdığı popkorn aparatı yenidən İŞƏ BAŞLADI - YENİ ŞƏKİL

Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu.
Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar