Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Dostluq və əməkdaşlıq “ çərçivəsində konsert keçirilib- ŞƏKİLLƏR

Tarix: 15-05-2019 23:28     Baxış: 2390 A- / A+
“Dostluq və əməkdaşlıq “ çərçivəsində konsert keçirilib- ŞƏKİLLƏR


Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul şəhər və Bülbül adına Saatlı şəhər uşaq musiqi məktəblərinin 2018-2019-cu tədris ili üçün təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Bülbül adına Saatlı şəhər uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Hacıqabul şəhərində olmuşdur.

Konsertdən öncə qonaqlar şəhərdə yerləşən mədəniyyət müəssisələri ilə o,cümlədən Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə, rayon Tarix Diyarşünaslıq muzeyində,rayon mərkəzi kitabxanası ilə tanış olmuş, xatirə şəkilləri çəkilmişdir. “Dostluq və əməkdaşlıq” çərçivəsində keçirilən tədbir şəhər Folklor klubunda davam etmişdir.

Manevr.az-ın verdiyi xəbərə görə, tədbiri Hacıqabul şəhər uşaq musiqi məktəbinin direktoru Rahib Məmmədov açaraq qonaqları salamlamış, sonra söz Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanova verilmişdir. O,belə tədbirləri yüksək dəyərləndirərək hər iki kollektivə uğurlar arzulamış,Hacıqabul şəhər uşaq musiqi məktəbinin Fəxri Fərmanını Bülbül adına Saatlı şəhər uşaq musiqi məktəbinin direktoru Ramella İsmayılovaya təqdim etmişdir. Ramella İsmayılova çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanova və Hacıqabul şəhər uşaq musiqi məktəbinin direktoru Rahib Məmmədova öz adından və müəllim, şagird kolklektivi adından təşəkkürünü bildirmişdir. Daha soonra hər iki məktəbin şagirdlərinin ifaları dinlənilmişdir.Proqrama azərbaycan və xarici bəstəkarların əsərləri salınmışdır.

“Dostluq və əməkdaşlıq “ çərçivəsində konsert keçirilib- ŞƏKİLLƏR
“Dostluq və əməkdaşlıq “ çərçivəsində konsert keçirilib- ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar