Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev vətəndaşları qəbul etdi

Tarix: 14-05-2019 19:20     Baxış: 3201 A- / A+
Rövşən Rzayev vətəndaşları qəbul etdi


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Manevr.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Bundan başqa, Suraxanı rayonu ərazisindəki keçmiş 1 saylı texniki peşə məktəbinin binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin bir qrupu da qəbulda olublar.

Mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müraciət edən vətəndaşlara məlumat verilib ki, onlar mərhələli şəkildə yeni mənzillərlə təmin ediləcəklər.

Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcəkdir.

Məcburi köçkünlərə bir daha bildirilib ki, Prezident İlham Əliyev onların problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu kateqoriyadan olan vətəndaşlar üçün müasir tipli qəsəbələrin salınması davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.

Qeyd edək ki, ötən bir il ərzində 10.288 vətəndaş Dövlət Komitəsinin sədrinin qəbulunda olub. Onlardan 5758 nəfəri Dövlət Komitəsində, 1812 nəfəri, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bölgələrdə, 2718 nəfər isə Bakı şəhərinin rayonlarında və ətraf ərazilərdə keçirilən səyyar görüşlər zamanı qəbul edilib.

Manevr.az

Rövşən Rzayev vətəndaşları qəbul etdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar